Camalanın müsahibəsi təhrif edilib

Müğənninin yerli mətbuatda qələbəsini ermənilərə həsr etməsi barədə xəbərlər yayılmışdı.

Source:

“Eurovision – 2016” mahnı müsabiqəsinin qalibi Camalanın ermənilərlə bağlı verdiyi son müsahibə müzakirələrə səbəb olub.

Azərbaycan mediasının yaydığı məlumata görə, müğənni qələbəsini ermənilərə həsr etməsi barədə açıqlama verib.

Məlum olub ki, Camalanın Ukraynanın UNİAN agentliyinə verdiyi müsahibə təhrif olunub. (Qafqazinfo.az)


Müsahibənin saytda

yayımlanan versiyasında sözü gedən ifadələr yer almayıb.

Azərbaycan mediasında tirajlanan və sosial şəbəkələrdə müzakirələrə səbəb olan fikirlər belədir:

“Müsəlman və tatar olsam da, damarımda axan qanın yarısı erməni qanıdır və deyə bilərəm ki, erməniyəm. Erməniləri, Ermənistanı çox sevirəm. Babamın tarixi vətəni Dağlıq Qarabağdır. Əfsuslar olsun ki, hələ orada olmamışam. Ermənistanda iki gün oldum, oranı çox bəyəndim. Məni Eurovision-da dəstəkləyən ermənilərə də dərin minnətdarlığımı bildirirəm”.

Ana səhifəXəbərlərCamalanın müsahibəsi təhrif edilib