Cahangir Hacıyevin evi polis mühasirəsində

Əminə Hacıyeva: ”3-4 polis maşını içi dolu polislə evimizin ətrafında dayanıb”

Source:
Əminə Hacıyeva foto sosial şəbəkə
Əminə Hacıyeva foto sosial şəbəkə


Əminə Hacıyeva: ”3-4 polis maşını içi dolu polislə evimizin ətrafında dayanıb”

Oktyabrın 14-də 15 il müddətinə azadlıqdan məhrum edilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin evini polislər mühasirəyə alıb.

Bu barədə Meydan TV-yə məlumatı bacısı Əminə Hacıyeva verib.

Onun sözlərinə görə, polislər onun və qardaşının Mərdəkandakı bağ evini mühasirəyə alıblar: “3-4 polis maşını içi dolu polislə evimizin ətrafında dayanıb. Niyə durublar, heç kim başa düşmür. Heç nə də demirlər”.

Əminə Hacıyeva həmçinin qardaşı Cahangir Hacıyevin həbsini də qanunsuz hesab edir:

“Təqsiri olmayan adama 15 il vermək olar? Əvvəl 45 milyon dedilər. Bir dənə rəqəm demirlər. Bu gün də dedilər 60 milyon borcu var, 7 milyon da “Aqrokredit” QSC-yə ödəməlidir. Bizlə alqı-satqı ediblər, səhmlərimizi alıblar. Bəs o borcdan kim danışacaq?”

DİN-in ictimaiyyətlə əlaqlər şöbəsi məsələyə münasibət bildirmir.

Ana səhifəXəbərlərCahangir Hacıyevin evi polis mühasirəsində