Cahangir Hacıyevin bacanağı vaxtından əvvəl azadlığa çıxdı

İsmayıl Hidayətzadə Nizami Rayon Məhkəməsinin qərarıyla şərti azadlığa buraxılıb

Source:


İsmayıl Hidayətzadə Nizami Rayon Məhkəməsinin qərarıyla şərti azadlığa buraxılıb

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin bacanağı, “İntertobacco” tütün fabrikinin keçmiş rəhbəri İsmayıl Hidayətzadə həbsdən azad edilib.

2016-cı ilin fevralından həbsdə olan və 5 il 6 ay azadlıqdan məhrum edilən İ.Hidayətzadə Nizami Rayon Məhkəməsinin qərarıyla vaxtından əvvəl şərti azadlığa buraxılıb.

C.Hacıyevin barəsində ikinci cinayət işində təqsirləndirilən 22 nəfərdən biri də İ.Hidayətzadə idi. Həmin şəxslərdən yalnız üç nəfər həbsdə idi – C.Hacıyev, İ.Hidayətzadə və keçmiş deputat Dünyamin Xəlilov. 22 nəfərdən bu üç nəfərə azadlıqdan məhrumetmə, digərlərinə isə şərti cəza verildi.

Sentyabrın 6-da çıxarılan hökmlə C.Hacıyevə birinci cinayət işi üzrə verilmiş 15 illik cəzası da daxil, qəti olaraq, 16 il 6 ay, D.Xəlilova 14 il 6 ay, İ.Hidayətzadəyə isə 5 il 6 ay həbs verildi.

Onlar Beynəlxalq Bankdan kredit götürülmüş milyonlarla vəsaiti mənimsəməkdə ittiham olunurlar. Lakin heç biri özünü təqsirli bilmir.

Ana səhifəXəbərlərCahangir Hacıyevin bacanağı vaxtından əvvəl azadlığa çıxdı