”Bura yaşamalı yer deyil”

“O vaxt ermənilər, ruslar bura “Şanxay” deyirdilər . Uçub-dağılmalı yerdi bura. Yaşamalı yer deyil. Kanalizasiyası yoxdu, evlər yaxşı evlər deyil. Deyirlər, bura söküləcək. İmkan da vermirlər ki, nəyisə tikəsən, tez polislər gəlib sökür”.

Bu sözləri Bayıl qəsəbəsinin 76 yaşlı sakini Novruzəli Murtuzov deyir. Buranın keçmişini görən yaşlılardan Ağarza Əzimov daha çox yolun darlığından şikayətlənir. “Əvəllər bu yoldan iki “Kamaz” keçərdi, indi heç “Jiquli” də keçə bilmir. Hami evini yola tərəf artırdı . Hərə 1-2 metr yola çıxdı, hətta 3 metr artıran da oldu”.

Ötən əsrin 70-ci illərindən burada yaşayan Füzuli Həsənov deyir ki, əvəllər Bayılda müxtəlif millətlərin nümayəndələri yaşayıb. Ərazi buna görə seçilib. Sonradan onların çoxu köçüb gedib. Buna baxmayaraq, hələ də ərazidə bir neçə millətin nümayəndələri var: “Burada daha çox neftçilər yaşayıb. Bu evlər fəhlələrin qaldığı evlərdi. Burda yatıb, səhər dənizdə işləməyə gediblər. Bütün millətlərdən neftçilər olub. Ümumiyyətlə, Azərbaycan çoxmillətli ölkə olub. Son hadisələrdən sonra qaçan qaçıb, gedən getsə də, indi də burda erməni yaşayır”.

2015-ci ildə keçirilən I Avropa Oyunları zamanı ag rəngə boyanan qəsəbə uzaqdan fərqli görünür. Amma sakinlər deyir ki, bu fərq yalnız bayırdadır, Bayılın daxili əvvəlki vəziyyətindən fərqlənmir.


Kanalımıza abunə ol, daha çox video izlə –

https://goo.gl/TcM9Fm

Ana səhifəVideo”Bura yaşamalı yer deyil”