“Büdcədən maliyyələşən kanallardan tələbimiz çox olmalıdır

Qulu Məhərrəmli: “Televiziyalarımız peşəkarlıqda axsayırlar və müstəqillikləri azdır”

Source:


Qulu Məhərrəmli: “Televiziyalarımız peşəkarlıqda axsayırlar və müstəqillikləri azdır”

“Siyasi dillə desək, Azərbaycan televiziya işçiləri bugünkü bayramlarını sabit və gərgin vəziyyətdə qeyd edir. Gərginlik ondan ibarətdir ki, televiziyalarımız Milli Teleradio Şurasının çox həssas nəzarət dairəsinə düşüb”.

Bu fikirləri Meydan tv-yə telejurnalist Qulu Məhərrəmli deyib.

6 noyabr Radio və Televiziya işçilərinin Peşə Günü ilə bağlı danışan Qulu Məhərrəmli hesab edir ki, televiziyaların əsas problemi cəmiyyəti doğru-dürüst əks etdirə bilməməkdir: “Bundan əlavə, peşəkarlıqda axsayırlar və müstəqillikləri azdır. Bu amillər televiziyaların ümumi səviyyəsinə təsir edir”.

Telejurnalist reklam bazarının da bəsit olduğunu düşünür: “Televiziyalar reklam əldə etmək üçün çox çalışdıqlarından zəif proqramlar hazırlamağa məhkum olurlar. Ancaq biz televiziyaları inzibati təsir altına salmaqla onların sərbəstliklərini müəyyən qədər əllərindən alırıq”.

Telejurnalist “nə etmək lazımdır” sualına belə cavab verdi: “Əvvəla, büdcədən maliyyələşən kanallardan tələbimiz çox olmalıdır. Çünki dövlət onlara maliyyə ayırsa da, parlaq verilişləri o qədər də çox deyil. Ümumiyyətlə, auditoriya toplayan hansısa bir veriliş yoxdur. Bu baxımdan özəl televiziyaları stimullaşdırmaq lazımdır. İndiki reklam bazarının, maliyyə resurslarının məhdudlaşdığı bir vaxtda özəl kanallara dövlət yardımı layihəsi gerçəkləşdirilməlidir. Məsələn, mədəniyyətə, tarixə, o cümlədən, uşaq verilişlərinə büdcə ayrıla bilər. Düzdür, seriallara büdcə ayrılsa da, ortalığa layiqli bir şey çıxmadı. Amma müəyyən tarixi olan telekanallara ümid bəsləmək olar ki, onların düşüncəsi büdcədən maliyyələşən televizyaların düşüncəsindən bir az fərqli və maraqlıdır. Bu yardım bir il, iki il ola bilər ki, bu kanallar özlərinə gələ bilsinlər”.

1926-cı il noyabrın 6-da Azərbaycan Radiosu fəaliyyətə başlayıb və o gündən sözügedən tarix radio işçilərinin peşə bayramı kimi keçirilir. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb.

Ana səhifəXəbərlər“Büdcədən maliyyələşən kanallardan tələbimiz çox olmalıdır