”Bu təyinat Azərbaycanda ailə-sülalə hakimiyyətini bərqərar ermək cəhdidir”

Partiyalar birgə açıqlama yaydı

Source:
foto sosial şəbəkə


Partiyalar birgə açıqlama yaydı

Fevralın 21-də KXCP Qərargahında siyasi partiyaların toplantısı keçirilib. Bu barədə məlumatı KXCP Ali Məclisinin sədri Bəybala Əbil yayıb.

Onun sözlərinə görə, toplantıda KXCP, ADP, AXP, Azadlıq, ALDP, VİP, AĞ Parti , BAP sədrləri iştirak ediblər. Partiya sədrləri Mehriban Əliyevanın birinci vitse-prezident seçilməsinə münasibətlərini bildiriblər və birgə açıqlama yayıblar.

Açıqlamada deyilir ki, prezidentin birinci vitse-prezident vəzifəsinə öz arvadını təyin etməsi dünyada analoqu olmayan hadisədir, Azərbaycanda ailə-sülalə hakimiyyətini bərqərar ermək cəhdidir və dövlət quruluşunun respublika olması haqqında Konstitusiyanın dəyişdirilməz 7-ci maddəsinin ruhuna və hərfinə daban-dabana ziddir, xalqlar arasında Azərbaycan və Azərbaycan xalqı haqqında heç də müsbət təsəvvürlərin yaratmasına xidmət etmir:

“Seçilməyən, hətta parlamentdə təsdiq edilməyən birinci vitse – prezidentin və digər vitse-prezidentlərin prezident vəzifəsinin həyata keçirə bilməsi halı hakimiyyətin mənbəyinin xalq olması və seçkilər vasitəsi ilə formalaşması barədə Konstitusiya müddəaları ilə də uyğun deyildir. Bundan əlavə, bu akt yaxın qohumların bir yerdə işləməsinə yol verilməməsi barədə “Korrupsiyaya qarşı mübarizə haqqında” AR Qanununun 7-ci maddəsini və bir sıra digər qanunvericilik aktlarını da birbaşa pozulmaqla həyata keçirilir.

 Siyasi partiyalar habelə diqqəti ona cəlb edirlər ki, 2016- cı ildə keçirilmiş referendumla Konstitusiyaya edilmiş dəyişikliklərin prezidentə verdiyi səlahiyyətlərin yalnız 2018-ci il seçkilərindən sonra qüvvəyə minməsi barədə geniş yayılmış rəylər vardır və bu məsələyə aydınlıq gətirilmədən haqqında danışılan təyinatın edilməsi hüquqi baxımdan da düzgün sayıla bilməz. Siyasi partiyalar ümid edir və inanırlar ki, demokratik ənənələrə və potensiala malik Azərbaycanda və Azərbaycan cəmiyyətində bu siyasi tendensiya müvəqqətidir və onun zərərli nəticələrini aradan qaldırmaq mümkün olacaqdır”.

Ana səhifəXəbərlər”Bu təyinat Azərbaycanda ailə-sülalə hakimiyyətini bərqərar ermək cəhdidir”