Bu mağazada çörək ehtiyaclı ailələr üçün pulsuzdur. Mağazanın dörd bir yanına bu elan aylar əvvəl vurulsa da, karantin dövründə pulsuz çörək istəyənlər çoxalıb. “Son zamanlar müraciət edənlər çoxalıb. Elə bir vaxt olur ki, axşama qədər 40-50 dənə çörək pulsuz verilir. Satışdan çox ehtiyacı olanlara çörək verilir”- satıcı Elmira Əmənova deyir.