Bu il “Qızıl qlobus” mükafatı canlı yayımlanmayacaq

“Qızıl qlobus” mükafatı, Featureflash Photo Agency/Shutterstock

Mükafatın yekun nəticələri ilə bağlı açıqlama veriləcək

2022-ci ildə “Qızıl qlobus” mükafatının canlı yayımlanmayacağı bildirilir.

Hollivudun Xarici Mətbuat Assosiasiyasının nümayəndəsi bildirib ki, builki tədbir özəl təşkil ediləcək.

Qaliblər haqqında məlumat real vaxt rejimində film mükafatlarının internet saytında və sosial şəbəkələrdə yerləşdiriləcək.

Mükafatın yekun nəticələri press-relizdə dərc olunacaq.

“Qızıl qlobus” mükafatı 1944-cü ildən etibarən hər il təxminən 90 beynəlxalq jurnalistin daxil olduğu Xarici Mətbuat Assosiasiyası tərəfindən verilir.

Tədbir ənənəvi olaraq “NBC” telekanalı tərəfindən yayımlanır.

Şirkət 2021-ci ilin mayında 2022-ci ildən tədbiri yayımlamayacağını elan edib.
Bunu münsiflər heyətinin Amerika cəmiyyətinin müxtəlifliyini kifayət qədər əks etdirməməsi ilə əlaqələndirib.

Ana səhifəMədəniyyətBu il “Qızıl qlobus” mükafatı canlı yayımlanmayacaq