“Bu gün Rəşadətlə təzyiqim eynidir” [ VİDEO ]

“Uşaqlar dünəndən su da içmirlər. Onlar bizə mesaj göndərmişdilər ki, əgər siz aclığı dayandırmasanız, biz ölüm aclığına keçəcəyik, yəni su da içməyəcəyik. Şahin bu gün zəng edib ki, Ombudsman Aparatından onların yanına nümayəndə gəlib. Məlum olub ki, uşaqlar dünəndən su da içmirlər. Biz məcbur olduq ki, aclığı dayandıraq. Əlbəttə, müvəqqəti dayandırırıq çünki hökmü gözləyirik. Hökmdən asılı olaraq aclıq aksiyasın keçirməyə israrlıyıq”- bu sözləri həbsdə olan NİDA-çı gənc Zaur Qurbanlının anası Səkinə Qurbanova deyir. Prokuror NİDA-çılara 6-8 il yarım cəza istəyəndən sonra aclığa başlayan övladlarına dəstək üçün aksiyaya qoşulan valideynlər 23 apreldə aksiyanı dayandırdılar.

Həbsdə olan NİDA-çı gənc Rəşadət Axundovun anası Mətanət Axundova deyir ki, onlar övladları ilə eyni  gündə aclığa başlayıblar: “Əslində biz uşaqlarla eyni vaxtda aclığa başlamışıq. Amma bura gəldiyimiz 4 gündür deyə, o günlər sayılmır. Qərara gəldik ki, evdə aclıq aksiyası keçirməyin mənası yoxdur, yığışaq bir yerdə keçirək aksiyanı”.

Valideynlərə hüquq müdafiəçisi Novella Cəfəroğlu baş çəkib. O deyib ki, NİDA-çılara aministiya verilməsi üçün ölkə başçısı İlham Əliyevə müraciət ediblər. Müraciətə 7 nəfər hüquq müdafiəçisi qouşulub.

Ana səhifəVideo“Bu gün Rəşadətlə təzyiqim eynidir” [ VİDEO ]