Bu gün Novruz Bayramının ilk çərşənbəsidir

Bahar martın 20-si Bakı vaxtı ilə saat 14:29 radələrində gələcək

Source:


Bahar martın 20-si Bakı vaxtı ilə saat 14:29 radələrində gələcək

Fevralın 21-i Azərbaycanda Novruzun ilk – Su çərşənbəsi qeyd olunur.

 Novruz bayramına 4 həftə qalmış həyat üçün vacib dörd ünsür – su, od, yel və torpaqla bağlı çərşənbələr təntənəli şəkildə qeyd edilir.

El arasında bunlara “boz ayın çərşənbələri” də deyilir. Bayramın ilk çərşənbəsi – Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. İlk çərşənbə ərəfəsində evlər sahmana salınır, abağ-bağçalarda ağacların, gül kollarının dibi bellənir.

Birinci çərşənbə günü su və su mənbələri təzələnir, hərəkətə gəlir. Su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirilir:

“Su çərşənbəsi “əzəl çərşənbə” və ya “Sular Novruzu” da adlanır”.

Azərbaycanda axır çərşənbə martın 14-nə təsadüf edir. 2017-ci ildə ölkə ərazisində baharın gəlişi martın 20-si Bakı vaxtı ilə təxminən saat 14:29 radələrində olacaq. Martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” də deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.

Ana səhifəXəbərlərBu gün Novruz Bayramının ilk çərşənbəsidir