Ali və orta ixtisas təhsilli müəssisələri üçün ödənişli əsaslarla qəbul olan tələbə sayına məhdudiyyətlər ləğv olunacaq
Azərbaycanda ali və orta ixtisas təhsilli müəssisələri üçün ödənişli əsaslarla qəbul olan tələbə sayına məhdudiyyətlər ləğv olunacaq. Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev bu gün keçirilən mətbuat konfransında deyib.
Y.Piriyev qeyd edib ki, orta və ali təhsil müəssisələrinin tələbələrin potensialı, maddi-texniki baza, elmi-pedaqoji potensial, mövcud laboratoriya bazası nəzərə alınmaqla imkan verilən miqdarda ödənişli əsaslarla tələbə qəbul etmələrinə şərait yaradılacaq: “Bu gün dünyanın heç bir yerində ödənişsiz təhsil sistemi yoxdur. Sadəcə dövlət büdcəsindən ödənilmə var. Odur ki, strategiyadan irəli gələn məsələdə söhbət ödənişli təhsilin ləğvindən yox, sadəcə qəbul planının ləğvindən gedir”.