Bu gün Azərbaycanda ”Bilik günü”dür

Yeni dərs ili üçün 261 adda 6 623 135 nüsxə yeni dərslik və müəllim üçün metodik vəsait çap olunub

Source:


Yeni dərs ili üçün 261 adda 6 623 135 nüsxə yeni dərslik və müəllim üçün metodik vəsait çap olunub

15 sentyabr Azərbaycanda “Bilik günü” qeyd olunur.

APA-nın xəbərinə görə, bu tədris ilində ölkə üzrə 164 033 nəfər şagird I sinfə gedəcək. 4472 ümumi təhsil müəssisəsində təhsil alacaq şagirdlərin ümumi sayı isə 1 415 242 nəfər təşkil edəcək.

Yeni dərs ilində Bakı şəhəri üzrə 43 397 şagird I sinfə gedəcək, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə yeni tədris ilində 354 573 nəfər şagird təhsil alacaq.

Yeni tədris ilindən ölkə üzrə 29 yeni məktəb istifadəyə veriləcək (o cümlədən, Təhsil Nazirliyinin sifarişi ilə 7 məktəb). 17 məktəbdə əsaslı, 384 məktəbdə cari təmir işləri aparılıb. 10 təhsil müəssisəsinin tikintisi isə davam edir.

Yeni tədris ilində Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi ilə 2 internat məktəbi əsaslı təmir olunaraq istifadəyə veriləcək.

Yeni dərs ili üçün 261 adda 6 623 135 nüsxə yeni dərslik və müəllim üçün metodik vəsait çap olunub. Yeni nəşr olunmuş dərsliklər rayon (şəhər) təhsili idarəetmə orqanlarına avqustun ortalarından çatdırılıb və onların məktəblərə paylanılması təşkil edilib.

Dərs ilinin başlanması ilə əlaqədar Bakı polisi gücləndirilmiş iş rejiminə keçib.

Ana səhifəXəbərlərBu gün Azərbaycanda ”Bilik günü”dür