Bu gün Azərbaycanda 70 nəfər koronavirusa yoluxub

Operativ qərargah ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 197.545 testin aparıldığını qeyd edib.

Source: Reuters


30 nəfərin sağalaraq evə döndüyü bildirilir

Mayın 11-də Azərbaycanda 70 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 30 nəfər müalicə olunaraq evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, Azərbaycanda hazırda 2589 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1680 nəfər müalicə olunaraq sağalıb, 32 nəfər ölüb, 877 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 31 nəfərin vəziyyəti ağır, 42 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Operativ qərargah ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 197.545 testin aparıldığını qeyd edib.

Ana səhifəSosialBu gün Azərbaycanda 70 nəfər koronavirusa yoluxub