”Bu, Amerikanın təxribatıdır”

Vladimir Putin Panama sənədlərindən danışıb

Source:
İlham Əliyev və Vladimir Putin
İlham Əliyev və Vladimir Putin
İlham Əliyev və Vladimir Putin
İlham Əliyev və Vladimir Putin

Vladimir Putin Panama sənədlərindən danışıb

Rusiya prezidenti Vladimir Putin “Panama sənədləri”ni ABŞ-ın təxribatı adlandırıb. CNN yazır ki, prezident illik çıxışı zamanı belə deyib.

“Bilirik ki, bu işə Amerikanın xüsusi xidmət orqanları cəlb olunub. Almanyada dərc olunan Sueddeutsche Zeitung qəzetinin məxsus olduğu şirkətin sahibi Goldman Sachs adlı Amerika maliyyə kompaniyasıdır. Seçki yaxınlaşdıqca belə hücumları çox görəcəyik”, – deyə Putin bildirib.

Putin həmçinin yaxın dostu, violonçel ustası Sergei Polduginin Panamadakı ofşor şirkətlərdə 2 milyard dollarədək vəsaiti olması barədə məlumatları da təkzib edib.

O deyib ki, Poldugin qazandığı bütün pullara musiqi alətləri alaraq Rusiyaya gətirib.

Məlum sənədlərdə prezident İlham Əliyevin ailə üzvlərinin də adı çəkilir.


“Əliyevlərin gizli qızıl imperiyası”

sərlövhəli araşdırmada qeyd olunur ki, 9 il bundan əvvəl Azərbaycan prezidenti ölkənin 6 qızıl mədəninə sahib və dəyəri milyardlarla dollar olan konsorsiumu Birləşmiş Krallıqdakı bir şirkətə, daha üçünü ofşordakı şirkətlərə verib.

“Söhbət prezident İlham Əliyevin qızları Leyla və Arzu Əliyevalardan gedir”- deyilir məqalədə.

Aprelin əvvəllərində yayılan “Panama sənədləri” adlı hesabatda Putin də daxil olmaqla 12 dünya lideri və yüzlərlə tanınmış şəxsin adları hallanır.

Onlar Panamadakı ofşor şirkətlər yolu ilə vergidən yayınma və pulyuma əməliyyatlarında ittiham olunurlar.

Ana səhifəXəbərlər”Bu, Amerikanın təxribatıdır”