BSU-ya yeni rektor təyin edilib

Anar Nağıyev, Mənbə: bsu-uni.edu.az

Universitetə Anar Nağıyev rəhbərlik edəcək

Anar Nağıyev Bakı Slavyan Universitetinin (BSU) rektoru təyin edilib.

Bu barədə ölkə başçısı İlham Əliyev fevralın 18-də sərəncam imzalayıb.

Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva ötən ilin iyunun 22-də vəzifəsindən azad edilib.

İyunun 24-də təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Anar Nağıyev BSU-nun rektoru vəzifəsini müvəqqəti icra edib.

Həmin dövrə qədər Anar Nağıyev Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsində işləyib.

Ana səhifəSosialBSU-ya yeni rektor təyin edilib