BŞİH: Yeni baş plan rəsmi sənəd kimi qəbul edilə bilməz

”Baş plan” layihəsinin müzakirəsi keçirilib

Source:


”Baş plan” layihəsinin müzakirəsi keçirilib

“Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında “Bakıdövlətlayihə” İnstitutunun hazırladığı “Bakı şəhərinin ərazilərindən istifadə və zonalaşdırma planı” şəhərin sosial-iqtisadi inkişafının bir çox istiqamətlərini əks etdirmir”, – Bakı şəhər İcra Hakimiyyətinin məlumatında belə deyilir.

“Trend” yazır ki, icra hakimiyyətində “Baş plan” layihəsinin müzakirəsi keçirilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında “Bakıdövlətlayihə” İnstitutunun direktoru İlqar İsbatov jurnalistlərə verdiyi açıqlamasında deyib ki, layihədə bəzi məqamlar reallıqdan uzaqdır və tam əsassızdır. Bu layihələr heç bir aidiyyəti dövlət qurumu ilə razılaşdırılmayıb, lazımi ekspertizadan keçirilməyib və ölkə rəhbərliyinə məruzə edilməyib.

Bakı şəhər İcra Hakimiyyəti bəyan edir ki, təqdim edilən layihə rəsmi sənəd kimi qəbul edilə bilməz.

Ana səhifəXəbərlərBŞİH: Yeni baş plan rəsmi sənəd kimi qəbul edilə bilməz