Britaniyanın AB-dən çıxması Xəzər nefti və qazının Avropada rəqabətinə təhlükə yaradacaqmı?

Yanvarda İsveçrədə keçirilən Davos forumunda Britaniyanın baş naziri Tereza Mey bəyan edib ki, Birləşmiş Krallıq Avropa Birliyini (AB) tərk etmək planlarını davam etdirəcək.

Source:

Yanvarda İsveçrədə keçirilən Davos forumunda Britaniyanın baş naziri Tereza Mey bəyan edib ki, Birləşmiş Krallıq Avropa Birliyini (AB) tərk etmək planlarını davam etdirəcək.

O, iddia edib ki, Lissabon müqaviləsinin Avropa Birliyindən çıxmaq təşəbbüsünü dəstəkləyən 50-ci maddəsinin icrasına martın sonlarında başlayacaqlar.

Bunun Qafqaz üçün nə ilə nəticələnəcəyini demək çətindir. Britaniya Azərbaycanın ən vacib tərəfdaşlarından biridir və “BP” ölkənin əsas enerji layihələrində iştirak edən aparıcı şirkətdir.

2016-cı ildə Britaniyanın Azərbaycana yatırdığı investisiya 23 milyardı ötüb. Britaniya AB-dən çıxacağı təqdirdə “BP” digər AB ölkələrinin şirkətləri üçün güzəştli üstünlüklərini itirəcək.

Belə olan halda məlum olacaq ki, Avropaya çatdırılan Xəzər nefti rəqabətədavamlı deyil. Doğrudur, “BP” Xəzər neft istehsalı konsorsiumunda 35.87 faiz paya sahibdir və bura Britaniyadan olmayan şirkətlər, eləcə də Azərbaycan şirkətləri də daxildir.

Neft istehsal edən ölkələrin bu vəziyyətdən istifadə edəcəyini və bazarlarını genişləndirəcəyini ehtimal edə bilərik. Bunlar Yaxın Şərq ölkələri, Liviya və Nigeriya, yaxud da Norveç ola bilər. Buna görə də, “Brexit”lə (Britaniyanın AB-dən çıxması) bağlı olan proseslər Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir.

Referendumdan sonrakı müddət ərzində Britaniyada xüsusi dəyişiklik baş verməyib. Yeganə ciddi nəticə referendum elan olunandan bir neçə saniyə sonra funtun dəyərinin son 30 ildə minimum həddə düşməsi oldu – 754 bənd.

Ticarətlə məşğul olanlar tələsərək əllərində olan pulu öz valyutalarına – ABŞ dolları, Yaponiya yeni və İsveç frankına çevirdilər. İlk dəqiqələrdə Britaniyanın əsas indeksi olan “FTSE 100” 530 bəndədək düşdü. Bu, 120 milyad funtun itməsi ilə nəticələndi.

Britaniyanın referendumun nəticələrini reallaşdırmaq üçün praktik addımlar atanda çətinliklərlə qarşılaşacağı aydın idi və proses ancaq funtun məzənnəsinin düşməsi ilə məhdudlaşmayacaq.

Maliyyə naziri Jorj Osborn “Brexit”in nəticəsi olaraq ölkənin iqtisadiyyatında eniş müşahidə olunacağına dair xəbərdarlıq etmişdi, o, dövlət xərclərini 15 milyard dollaradək azaltmağı, vergiləri isə bir o qədər artırmağı təklif etmişdi.

İngiltərə Bankının rəhbəri Mark Karni isə bildirmişdi ki, “hə” cavabı böhranla nəticələnə bilər, bunun öhtəsindən gəlmək üçün isə funtun dəyərini zəiflətmək tələb oluna bilər. Həqiqətən də İngiltərə Bankı 2009-cu ildən bəri dəyişməyən uçot dərəcəsini iki dəfə aşağı saldı.

Britaniyada verilən kreditlər mərkəzi bankın dərəcələrinə bağlı olduğundan, uçot dərəcələri digər banklarda da aşağı düşdü, buna uyğun olaraq gəlirlər də azaldı. Düzdür, Karni bəyan etdi ki, banklara əlavə dörddə bir trilyon funt ayrılacaq və Maliyyə Siyasəti Komitəsi maliyyə stabilliyini təmin etmək üçün 150 milyard funt buraxaraq banklar üçün kapital tələblərini aşağı saldı.

Banklar Britaniya iqtisadiyyatının əsasını təşkil edir. Ümumi daxili məhsulun (ÜDM) böyük hissəsini bank xidməti sektoru, sığorta, investisiya və auditdən gələn gəlirlər təşkil edir. Londonda təkcə bu sektor Avropa şirkətlərini 1,3 milyard avro kreditlə təmin edir. Bu məbləğin 70 faizi Britaniyadan və Londonda filialları olan xarici banklardan əldə olunur.

Avropa Birliyində fəaliyyət göstərmək üçün istənilən AB ölkəsinin lisenziyasının olması kifayət edir. AB-də fəaliyyət gösrətən xarici bank lisenziya alır və hər bir üzv ölkənin ərasizində filiallarını açır. AB-dən çıxanda isə Britaniya bankları qeyri-nağd pul köçürmə əməliyyatları apara bilməyəcəklərindən müştərilərini itirəcəklər.

Şotlandiyanın “Royal” Bankı 2016-cı ilin ilk altı ayı ərzində 2.04 milyard funt itirib. “HSBC”-nin gəlirləri 7.3 milyard funtadək azalıb və hətta referendumdan əvvəl bankın rəhbərliyi bəyan etmişdi ki, “Brexit” baş tutsa, işçilərini İngiltərədə bank fəaliyyətlərindən əldə edilən mənfəətin beşdə birini təmin edən Parisə transfer edəcəklər.

“Barclay”ın gəlirləri 21 faizədək azalıb. Bundan başqa, Avropanın əsas maliyyə mərkəzi olan London birjası öz şərəfli və gəlirli adını itirə bilər. Bütövlükdə isə, “Deutsche Bank”ın ekspertləri AB-dən çıxacağı təqdirdə Böyük Britaniyanın qarşıdakı on ildə ümumi daxili məhsulunun 9.5 faizədək azalacağını istisna etmirlər.

AB ölkələri ilə Böyük Britaniya arasında 50 illik bir razılaşmaya ya yenidən baxılacaq, ya da bu razılaşma ləğv olunacaq. Bu, qısa müddət ərzində baş verməyəcək, ancaq bankların liderliyini itirəcəyi qaçılmazdır, daha çox da Britaniya maliyyəçiləri AB-nin azad pasport rejimindən yararlana bilməyəcəklər. Doğrudur, hansısa bank hələ Britaniyanı tərk edəcəyini bəyan etməyib. Onlar hələ “Brexit”in həyata keçirilib-keçirilməyəcəyini gözləyirlər.

Britaniya məhsulunun 44 faizini AB-yə ixrac edir və idxalının 53 faizi AB-dən gəlir. Həm xarici, həm də Britaniyanın yerli şirkətləri üçün 500 milyon nəfərlik bazara malik AB-ə çıxışı təmin etmək vacibdir. Amma bu, həm də dörd sahədə – məhsulların maneəsiz gedişi, kapital, əmək qüvvəsi və ximətlə bağlı azadlıqların müşahidəsinə yol açacaq. Əlbəttə ki, Britaniyanın yarısının etiraz etdiyi miqrantların qəbuluna da.

2016-cı ildə ölkədə ən azı 3 milyon işçi çalışırdı. Onların düz yarısı polşalı, irlandiyalı, litvalı, fransız, slovak və rumın olub. Öz növbəsində, AB ölkələrində yaşayan 2 milyondan artıq Britaniya vətəndaşı əcnəbiyə çevriləcək.

Onlar əmək fəaliyyəti üçün icazə almalı olacaqlar və əvvəllər AB üzvlüyü üçün tələb olunmayan sənədləri bölgələrin qanunvericiliyinə uyğun olaraq təmin etməli olacaqlar.

Proqnozlaşdırılan nəticələrdən biri də investorların gələcək ticarət əlaqələrinin aydın olmayan statusu səbəbindən Birləşmiş Krallığ tərk etməyi olacaq. Eyni zamanda artıq 2016-cı ilin ilk üç ayında xarici ticarət dövriyyəsində 34, 7 milyard funt kəsir qeydə alınıb, bunun da 4 milyard funtu AB-nin payına düşür.

Ayrıldıqdan sonra AB ölkələri ilə ticarət Dünya Ticarət Təşkilatının qaydalarına uyğun olaraq yüksək vergi və gömrük xərcləri Britaniyada həm idxal, həm də ixrac üçün effektli olmayacaq, bu isə öz növbəsində orta hesabla 20 faiz qiymət artımına səbəb olacaq.

Ticarət sahəsində qeyri-müəyyənlik siyasətdə də stabilliyin pozulmasına aparıb çıxarıb. 33.5 milyon nəfərin 51. 9 faizi seçki məntəqələrinə gələrək AB-dən çıxmaq üçün səs verib və nəticədə ayrılmaq istəyənlər 1.26 milyon səslə qalib gəliblər. Britaniya siyasi sistemi ciddi şəkildə qıc oldu və baş nazir dərhal istefa verdi.

Lordlar Palatasından fərqli olaraq daha çox təsir imkanlarına malik Nümayəndələr Palatası ümumi səsvermə ilə seçilir və bu Palata AB-dən çıxmaq istəyənlərin əlehdarları ilə doludur (650 deputatdan 454-ü Britaniyanın AB-dən çıxmasının əleyhinədir).

İngiltərə inqilabından bəri ölkə heç vaxt bu formada bölünməyib, belə ki, məsələ ərazi problemlərinə də yol açıb. 2014-cü ildə Şotlandiyada keçirilən referendum zamanı əksəriyyət AB üzvlüyünün saxlanmasının əvəzində Böyük Britaniyanın tərkibində qalmağa səs vermişdi. Şotlandiyanın birinci baş naziri Nikola Sterdjen “Brexit” reallaşacağı təqdirdə Şotlandiyanın yeni referendum elan edəcəyini bəyan edib, bu dəfə ayrılmaq istəyənlər Şotlandiyanın gələcəyini AB-nin bir hissəsi olmaqda görərək qələbə çalacaqlarına əmin olduqlarını bildirirlər.

Olsterdə katoliklərlə protestantlar arasında konflikt 20 il əvvəl çətinliklə yoluna qoyulmuşdu, deyirdilər ki, Şimali İrlandiyanın İrlandiyaya qoşulması üçün referendum keçirməyə icazə verilməlidir.

Zaman-zaman İspaniya ilə Birləşmiş Krallıq arasında Britaniyanın öz koloniyası hesab etdiyi Cəbəllütariq boğazına görə konflikt alovlanıb. Birləşmiş Krallığın AB-dən çıxması İspaniyaya yenidən bu sualı qaldırmağa imkan yaradacaq və məsələ AB çərçivəsində yox, Londonla Madrid arasında danışıqların mövzusuna çevriləcək.

Bütün bu problemlərin yükü 59 yaşlı yeni baş nazir Treza Meyin çiyinlərinə qoyulub. O, Marqaret Tetçerdən sonra ölkənin tarixində ikinci qadın baş nazirdir, üzün müddət bank sektorunda çalışıb, həyat yoldaşı investor bankir və Amerikanın “Capital” şirkətlər qrupunun işçisidir.

Tereza Mey hələ ölkənin daxili işlər naziri olanda AB-dən çıxmağa etiraz edib. Amma yeni kabinetin düşdüyü çətinlik ondadır ki, AB-dən çıxmaq böyük problemlərə yol açacaq, amma Birləşmiş Krallıq AB-nin tərkibində qalsa, bu , insanların iradəsini heçə saymaq olacaq.

Doğrudur, “Brexit” AB üçün də kifayət qədər ağrılı olacaq. Amma ekspertlər hesab edi ki, Britaniyanın AB-dən çıxmaqla bağlı keçirdiyi referendum Avropa üçün həm də sərfəli olacaq.

AB ölkələri investor və kapital cəlb edəcək. Britaniyada hələ çıxış qərarını tətbiq etməsə də Avrozonanın digər ölkələrinin gəlirlərində artım müşahidə olunub.

Doğrudur, Birləşmiş Krallığın sayəsində AB-nin BMT Təhlükəsizlik Şurasında iki nümayəndəsi var (Fransa ilə birlikdə). Bundan başqa, Birləşmiş Krallıq Avropanın iki əsas hərbi güc dövlətindən biridir. Avropa Birliyi bunlardan məhrum olacaq. Həqiqətən də, ayrılma dalğası Avropaya etimadsızlıq münasibəti olan digər ölkələrə də sıçraya bilər. Amma bütövlükdə Avropa bu böhrandan nisbətən ağrısız da çıxa bilər.

Birləşmiş Krallıq Norveçin başladığı yolla gedə bilər. Norveç Avropa İqtisadi Zonasının üzvüdür, amma AB-nin bir hissəsi deyil. Belə olan halda London AB qanunlarını tətbiq etməli olacaq. Əlavə olaraq Birləşmiş Krallıq özü üçün xüsusi şərtlər əldə etmək üçün danışıqlara çəhd etsə, başqa ölkələr də bunu istəyə bilərlər.

Bütün bunlara dəyərmi?

Britaniya sadəcə AB üzvü olan 18 ölkə kimi suriyalı qaçqınları qəbul etməkdən imtina edə bilərdi. Həmin ölkələr arasında Danimarka, Çexiya, İtaliya, Kipr, Polşa və Macarıstan da var.

Amma Birəşmiş Krallıq nəticələri 2015-ci ildə Avrozonadan çıxmaq istəyən AB opponentləri olan Hollandiya, Fransa, Avstriya, İsveç, Belçika, İtaliya, Danimarka və Macarıstanın – hələ Yunanıstandan danışmırıq- tərəfindən coşquyla qarşılanan referendum keçirməyə üstünlük verdi.

Bütün sadalananlar Avropaya inteqrasiya istiqamətində böhranın göstəricisidir. Əlbəttə, AB-də baş verən son hadisələr haqqında çox danışmaq olar. Fransesko d’Assisi də dediyi kimi. Bu, köhnə dünyanın axırının çatması yox, yeni dünyanın başlanğıcı deməkdir. Bunlara baxmayaraq, istənilən böhran potensial inkişafın göstəricisidir. Sual isə bundan ibarətdir: Avropalı siyasətçilər bu potensialdan istifadə edə biləcəklərmi?


Tərcümə etdi: Leyla Mustafayeva

Ana səhifəAnalitikaBritaniyanın AB-dən çıxması Xəzər nefti və qazının Avropada rəqabətinə təhlükə yaradacaqmı?