Layihənin təməlqoyması martın 17-də baş tutacaq
BP şirkəti və Trans-Anadolu boru kəməri (TANAP A.Ş.) konsorsiumu arasında bu gün Türkiyədə sənəd imzalanıb.
“TRT Haber” bildirir ki, bununla da britaniya şirkəti TANAP-ın səhmdarlarının tərkibinə daxil olacaq. Razılaşmaya əsasən, BP layihədə 12 faizlik paya sahib olacaq.
TANAP layihəsi Azərbaycanın “Şahdəniz” yatağından qazın Türkiyə-Gürcüstan sərhədindən Türkiyənin qərb sərhədlərinədək nəqlini nəzərdə tutur.
TANAP-da 58% SOCAR-a məxsusdir. 30% səhmlər isə Türkiyənin dövlət boru şirkəti BOTAŞ-ın payındadır.
“Contact.az”-ın məlumatına görə, TANAP-ın təməlqoyma mərasimi martın 17-də Türkiyənin Kars şəhərində keçiriləcək. Bu mərasimdə Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı planlaşdırılıb.
TANAP layihəsi ilə ilk qazın Şahdəniz-2 layihəsindən qəbulu 2018-ci ilin IV rübünə təsadüf etməlidir.