Oruc İbadovu AMEA-nın Botanika institutunun direktoru Validə Əlizadə əvəz edib.
Aprelin 9-da “Botanika bağı”nın direktoru Oruc İbadov vəzifəsindən azad olunub. Direktor səlahiyyətləri Milli Elmlər Akademiyası Botanika İnstitutunun direktoru Validə Əlizadəyə verilib.
Məlumatı AzadlıqRadiosuna AMEA Mərkəzi Nəbatat Bağından (“Botanika bağı”) məlumat verilib.
Bu kadr dəyişikliyinin son günlər «Botanika bağı»nda ağacların kəsilməsi ilə bağlı olub-olmadığı barədə bir söz deyilmir. Oruc İbadovun iki ildir səhhətində problemlər olduğu bildirilir.