Bölgələrdə yeraltı təkanlar hiss olunub

Zəlzələnin 4-5 bal gücündə olduğu deyilir

Source: arxiv
Zəlzələ
Zəlzələ

Noyabrın 15-də gecəyarısı Azərbaycanın bir çox rayonlarında zəlzələ baş verib. Yeraltı təkanlar Beyləqan, Zərdab, Ağdam, Bərdə, Yevlax, Mingəçevir, Naftalan, Ucar, Gəncə, Ağsu, Qax, Zaqatala və Lənkəran daxil olmaqla respublikanın Qərb, Şimal-qərb və Cənub zonalarında hiss olunub. Həmin ərazilərdə yaşayan sakinlər bu barədə sosial şəbəkələrdə məlumatlar yayıblar. Ehtimala görə, təxminən 35-40 saniyə davam edən təkanların 4-5 bal gücündədir.

Respublika Seysmoloji Xidmət Mərkəzinin

yaydığı məlumata

görə, zəlzələ noyabrın 15-də yerli vaxtla saat 23:48-də Ağdam ərazisində qeydə alınıb.

Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 5-3 bala qədər hiss olunub.

Yeraltı təkanlar yerin 25 km dərinliyində 5.7 maqnituda olub.

Ana səhifəXəbərlərBölgələrdə yeraltı təkanlar hiss olunub