Bölgələrdə yağmurlu hava davam edəcək

Bakı və Abşeron yarımadasında sentyabrın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Meydan TV Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən xəbər verir ki, günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Foto: arxiv
Yağmurlu hava (arxiv foto)
Yağmurlu hava (arxiv foto)
Yağmurlu hava (arxiv foto)
Yağmurlu hava (arxiv foto)

Sentyabrın 3-4-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir

Bakı və Abşeron yarımadasında sentyabrın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Meydan TV Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən xəbər verir ki, günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu yarımadada gecə 18-21°, gündüz 25-28°, Bakıda gecə 19-21°, gündüz 26-28° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95 faiz, gündüz 60-70 faiz təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 3-4-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz bəzi rayonlarda tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23°, gündüz 26-31°i, dağlarda gecə 10-15°, gündüz 16-21° isti olacağı gözlənilir.

Ana səhifəXəbərlərBölgələrdə yağmurlu hava davam edəcək