BMT Qüdsü İsrailin paytaxtı kimi tanımadı

Qurumun Baş Assambleyası qətnamə qəbul edib

Source:
Qüds
Qüds


Qurumun Baş Assambleyası qətnamə qəbul edib

BMT Baş Assambleyası Qüdsü İsrailin paytaxtı kimi tanımayıb. Baş Assambleya ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarının qəbul edilməməsi ilə bağlı qətnaməni qəbul edib.

Bu barədə “RİA Novosti” məlumat

yayıb

.

Bildirilir ki, sənədin lehinə 128 ölkə səs verib. 9 ölkə qətnamənin əleyhinə çıxıb, 35 dövlət isə bitərəf qalıb.

Qətnamənin əleyhinə çıxan ölkələr – ABŞ, İsrail, Qvatemala, Honduras, Marşall adaları, Toqo, Nauru, Palau, Mikroneziyadır.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, onun ölkəsi BMT-nin Qüdsün İsrailin paytaxtı kimi tanımaması qətnaməsini dəstəkləyən ölkələrə maliyyə yardımını dayandıracaq.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley deyib ki, qəbul olunan sənəd Vaşinqtonun səfirliyini Qüdsə köçürməsi qərarına təsir etməyəcək.

Dekabrın 6-da ABŞ prezidenti Donald Tramp Qüdsün (Yerusəlim) İsrailin paytaxtı kimi tanınmağın zamanı gəldiyini bəyan

edib

. O, Dövlət Departamentinə diplomatik missiyanın köçürülməsi üçün hazırlıqların başlamasına göstəriş verdiyini bildirib. Eyni zamanda, Ağ Evin rəhbəri əlavə edib ki, ABŞ regionda sülhün əldə olunması üçün əlindən gələni edəcək.

Trampın qərarı İslam ölkələri tərəfindən narazılıqla qarşılanıb.

Dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısı

keçirilib

.

“Qüdslə həmrəylik üçün birlikdə hərəkət” devizi altında keçirilən Zirvə toplantısına 50-dək ölkədən dövlət və hökumət başçıları qatılıb.

Sonda tədbir iştirakçıları yekun bəyannamə qəbul edib. Sənəddə qeyd edilir ki, İƏT Şərqi Qüdsü Fələstinin paytaxtı elan edir.

Ana səhifəXəbərlərBMT Qüdsü İsrailin paytaxtı kimi tanımadı