“Taxıl və gübrə çatışmazlığı kütləvi aclıq və qıtlığa səbəb ola bilər”
Birləşmiş Millətlər Təşkilatı (BMT) deyir ki, Ukrayna müharibəsi illər boyu davam edə biləcək qlobal ərzaq böhranına səbəb olub.
BMT-nin Baş katibi Antonio Quterreşin sözlərinə görə, müharibə dünyada taxıl və gübrə çatışmazlığı kütləvi aclıq və qıtlığa səbəb ola bilər:
“Odur ki, çatışmazlığı azaltmaq üçün Dünya Bankının daha 12 milyard dollar ayıracağı gözlənilir”.
BMT xəbərdarlıq edir ki, Ukraynadakı müharibə nəzarət edilmədiyi təqdirdə illər davam edə biləcək qlobal ərzaq böhranının alovlanmasına kömək edəcək.
“Müharibə, qlobal istiləşmə və pandemiyanın səbəb olduğu tədarük problemlərinin səbəb olduğu taxıl və gübrə çatışmazlığının maliyyə bazarlarının səhm qiymətlərinin yenidən ciddi şəkildə endirib. Bu, on milyonlarla insanın ərzaq təhlükəsizliyinə təhdiddir”, – deyə Quterreş əlavə edib.
Onun fikrincə, inflyasiya da dünya miqyasında tənəzzül qorxusu yaradıb.
Nyu-Yorkda BMT-nin qlobal ərzaq təhlükəsizliyi ilə bağlı iclasında danışan Quterreş bütün bunların ardınca illərlə davam edəcək böhran, qida çatışmazlığı, kütləvi aclıq və qıtlıq gələcəyini bildirib:
“Rusiya, Urayna taxıl ixracını bərpa etməlidir. Həll yolu tapmaq üçün Rusiya və digər ölkələrlə sıx təmasdayıq”.
Moskva, Ukrayna, Türkiyə, ABŞ, Avropa İttifaqı və digərləri ilə aparılan müzakirələrə gəlincə, Quterreş bildirib ki, mürəkkəb təhlükəsizlik, iqtisadi və maliyyə nəticələri paket razılaşmanın əldə olunması üçün bütün tərəflərin xoş niyyətli olmasını arzu edir:
“Mən təfərrüatlara varmayacağam, çünki ictimai bəyanatlar uğur şansını sarsıda bilər”.
Fevralın 24-dən başlayaraq Moskvanın Ukraynaya hərbi müdaxiləsi və bunun fonunda ABŞ, Avropa Birliyi ölkələrinin Rusiyaya qarşı beynəlxalq iqtisadi sanksiyaları hər iki ölkədən gübrə, buğda və digər malların tədarükünü dayandırıb.
Xüsusilə də inkişaf etməkdə olan ölkələrdə ərzaq və yanacağın qiymətləri bahalaşıb. Müharibə edən dövlətlər birlikdə dünya buğdasının 30 faizini istehsal edirlər.
Fevraldan öncə Ukrayna öz limanları vasitəsilə ayda 4,5 milyon ton kənd təsərrüfatı məhsulunu – dünyadakı buğda ehtiyacının 12 faizini, qarğıdalının 15 faizini və günəbaxan yağının yarısını ixrac edib.
Lakin Odessa, Chornomorsk və digər limanların Rusiya hərbi gəmiləri tərəfindən tutulması və bu şəhərlərin dünya ilə əlaqəsi kəsildiyi üçün tədarük yalnız tıxaclı quru yollarında gedə bilər ki, bu da daha az səmərəlidir.
Nəticədə dünyada taxıl və un məmulatarının qiymətləri kəskin bahalaşıb.
BMT-nin ərzaq və kənd təsərrüfatı qiymətləri indeksi apreldə 1,2 və ya 0,8 faiz düşmədən əvvəl mart ayında demək olar ki, 160 punkta çatıb.
Taxıl və ətin qiymət indeksləri də martda rekord həddə qalxıb. Bir il əvvəl buğda Çikaqoda bir buşel üçün 674c ABŞ dollarına satılırdı. Bu gün o, tədarük çatışmazlığından qaynaqlanan və mürəkkəbləşən qiymətin təxminən iki dəfə artması ilə buşel üçün 1,242 USD alır.
“Gəlin açıq deyək: Ukraynanın ərzaq istehsalını yenidən inteqrasiya etmədən ərzaq böhranının effektiv həlli mümkün deyil”, – Quterreş deyib.
O əlavə edib ki, Rusiya Ukrayna limanlarında saxlanılan taxılın təhlükəsiz ixracına icazə verməlidir.
Sammitə sədrlik edən ABŞ dövlət katibi Entoni Blinken Ümumdünya Ərzaq Proqramının rəhbəri Devid Bisli ilə birlikdə çağırışı təkrarlayıb.
“Dünya bahalıqdan yanır. Bizim həll yollarımız var. Odur ki, biz tez bir zamanda hərəkətə keçməliyik”, – Devid Bisli deyib.
Rusiya fevralın 24-dən bu yana Ukraynaya hərbi müdaxiləyə başlayıb. Müharibənin müəyyən mərhələsində həm Rusiya, həm də Ukrayna taxıl ixracına məhdudiyyətlər qoymalı olub.
Eyni zamanda, fevraldan bu yana Avropa ölkələri, Amerika, Kanada Rusiyaya qarşı müxtəlif maliyyə sanksiyaları tətbiq ediblər.
Məqsədləri Rusiyanı dalana dirəmək və müharibəni maliyyələşdirməsinə əngəl olmaqdır.