Bir qrup hərbçi mükafatlandırıldı

Aprelin 2-dən 5-dək qoşunların təmas xəttində baş verən münaqişədə iştirak edən əsgərlərin bir neçəsi fəxri adlara, orden və medallara layıq görülüb

Source:


Aprelin 2-dən 5-dək qoşunların təmas xəttində baş verən münaqişədə iştirak edən əsgərlərin bir neçəsi fəxri adlara, orden və medallara layıq görülüb

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində baş verən silahlı təxribatların qarşısının alınması və dinc əhaliyə hücumların dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu Prezidentin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif olunub.

Bu barədə məlumatı Prezidentin mətbuat xidməti yayıb. Məlumatda bildirilir ki, Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var.

Ana səhifəXəbərlərBir qrup hərbçi mükafatlandırıldı