Bir gündə 2 intihara cəhd

Suraxanı Rayon Polis İdarəsindən hazırda hadisənin başvermə səbəblərinin araşdırıldığını bildirdilər

Source:


Suraxanı Rayon Polis İdarəsindən hazırda hadisənin başvermə səbəblərinin araşdırıldığını bildirdilər

Dünən paytaxtda iki nəfər özünü yandırmaqla intihara cəhd edib. Biri Suraxanı rayonunda, digəri Bibiheybət qəsəbəsində.

Suraxanı rayonundakı olay Hövsan qəsəbəsində qeydə alınıb. Respublika Yanıq Mərkəzindənbildiriblər ki, qəsəbənin  1983-cü il təvəllüdlü sakini Ceyhun Abdulla oğlu Abdullayev ağır yanıq xəsarətləri ilə xəstəxanaya gətirilib. Reanimasiya şöbəsinə yerləşdirilən 33 yaşlı kişinin vəziyyətinin ağır olduğu bildirilir.

Suraxanı Rayon Polis İdarəsindən hazırda hadisənin başvermə səbəblərinin araşdırıldığını bildirdilər.

Bibiheybət qəsəbəsinin 37 yaşlı sakini Eldar Bəkirov isə üzərinə benzin tökərək özünü yandırıb.

Hadisə fevralın 22-i axşam saatlarında Bibiheybət qəsəbəsində baş verib.

Hadisə yerində olan şəxslərin köməkliyi ilə o, xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

E. Bəkirov intihara cəhd edərkən içkili olub.



ANSpress, APA

Ana səhifəXəbərlərBir gündə 2 intihara cəhd