Binəli Yıldırım: Susqunluq göstərib çevriliş cəhdinin yanında olduqlarını göstərdilər

Ərəstun Oruclu: “Bu çıxışda Azərbaycanın da payı var”

Source:


Ərəstun Oruclu: “Bu çıxışda Azərbaycanın da payı var”

Azərbaycanın ABŞ-dakı səfirliyi: İddialar tamamilə absurddur

“İyulun 15-də bütün xalq yanımızda oldu, amma dost bildiyimiz bir çox ölkə səssiz qalmağa üstünlük verdi. Halbuki, bu hücum demokratiyaya, xalqa edilən hücum idi”.

“sozcu.com” yazıb ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım sentyabrın 1-də beynəlxalq parlamentlərarası assambleya başqanlarının toplantısında deyib.

“Axan yaşın rəngi eynidir. Ölkə və bayraqla bağlı problem yarananda bu millət bütün fərqləri bir kənara qoyub eyni hədəf uğrunda birləşir. Türkiyə olaraq dost və qardaş bildiyimiz hər ölkənin yanında olduq. Dəstəyimizi bir saniyə belə gecikdirmədik. Bizdə bir söz var: Dost dar gündə tanınar. Türkiyə bu pis təcrübəni yaşadı. Eyni ölkələr doğurdan da, bu hücum zamanı demokratiyanı müdafiə etməkdə acizlik nümayiş etdirdilər. Daha yumşaq desək, susqunluq göstərərək çevriliş cəhdinin yanında olduqlarını göstərdilər”,-deyə Binəli Yıldırım deyib.

Ərəstun Oruclu

“Şərq – Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, bu çıxışda Azərbaycanın da payı var: “Güman ki, Azərbaycan nəzərdə tutulur, çünki 15 iyul olaylarından sonra elə məhz AKP-yə yaxın qəzetlər Azərbaycanın gec reaksiya verməsi haqqında xeyli yazı yazıb. Qəzetlər bildirirdi ki, Azərbaycan hökumətindən 15 saat sonra münasibət gəlib. Ancaq Almaniya və ABŞ belə, gecə canlı yayımla çevriliş cəhdinə reaksiya verdi. Binəli Yıldırımın bu çıxışı da məhz onun yansıması və davamıdır. Görünür, Azərbaycanın hərəkətlərindən razı deyillər”.

“15 iyulda çevriliş cəhdi olanda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Bakıya Prezident administrasiyasına zəng edərək “Ərdoğan bitdi” mesajını verdiyinə görə, İlham Əliyev gözləməyə üstünlük verdi”.

Qənimət Zahid
Qənimət Zahid

Bunu iyulun 28-də “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid “facebook” səhifəsində yazıb.

“Şübhəsiz, Binəli Yıldırım Azərbaycanı da nəzərdə tutur. Təsadüfi deyil ki, qiyamdan sonra indiyə qədər Ərdoğan İlham Əliyevin adını çəkməyib. Məhz, buna görə də İlham Əliyev həmin hadisələrə tam zamanında reaksiya verən Əli Kərimlinin tərəfdarlarına divan tutmaq qərarı verb.

O ki qaldı Amerikadakı səfir Elin Süleymanovun İlham Əliyevə Türkiyədəki qiyamla bağlı verdiyi məlumata, həmin saatlarda Elin Süleymanov İlham Əliyevə bir neçə dəfə zəng edib. Elin Süleymanov tək-tək adamlardan biridir ki, protokol xidmətinin rəhbəri Elçin Bağırovun vasitəsilə İlham Əliyevi istənilən zaman tapa bilir”, -deyə Qənimət Zahid Meydan TV-yə bildirib.

Azərbaycanın ABŞ-dakı səfirliyi isə səfirin İlham Əliyevə zəngi ilə bağlı iddiaları qəbul etməyib. Səfirlikdən Meydan TV-yə bildirilib ki, iddialar tamamilə absurddur.

Əli Həsənov

İyulun 16-da prezidentin köməkçisi Əli Həsənov “AZƏRTAC”a açıqlama verərək deyib ki, İlham Əliyev bütün gecə Türkiyədə baş verən hadisələri həyəcanla izləyib və yaşanan proseslərdən dərin narahatlıq keçirib.

“Azərbaycan prezidenti bu hadisəni birmənalı şəkildə dövlət çevrilişi cəhdi kimi qiymətləndirərək qətiyyətlə pisləyib, onu Türkiyə xalqının milli maraqlarına, ölkənin demokratik əsaslarına və hüququn aliliyinə qəsd kimi dəyərləndirib”,- deyə Əli Həsənov deyib.

Azərbaycanın müxalifət çevrəsi bu açıqlamanın gec verildiyi qənaətindədir.

Ana səhifəXəbərlərBinəli Yıldırım: Susqunluq göstərib çevriliş cəhdinin yanında olduqlarını göstərdilər