Biləsuvarda aksiya keçirilib, saxlanılan var

Ehsan Zahidov: Polisə müqavimət göstərən bir vətəndaş saxlanılıb

Source:


Ehsan Zahidov: Polisə müqavimət göstərən bir vətəndaş saxlanılıb

Mayın 4-də səhər saatlarında Biləsuvar rayonunun sakinləri yerli icra Hakimiyyətinin binası önünə toplaşaraq sosial ödənişlərin verilməsini tələb ediblər.

Aksiya iştirakçıları deyib ki, rayondakı ciddi sosial problemlər, işsizlik, yaşamaq üçün şəraitin olmaması onları bu addımı atmağa vadar edib.

Onlarla adam icra hakimiyyətinin binasına girməyə cəhd edib, lakin polisin müqaviməti ilə üzləşib.

Aksiya iştirakçılarının Meydan TV-yə verdiyi məlumata görə, xəsarət alanlar və saxlanılanlar var.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Turan”-a bildirib ki, bir qrup vətəndaş Biləsuvar rayonunda İcra Hakimiyyətinin qarşısına toplaşmağa cəhd edib.

“Polis əməkdaşları vətəndaşlarla izahatedici söhbət aparıblar və sonra vətəndaşlar ərazini tərk ediblər. Yalnız bir nəfər polisə müqavimət göstərən vətəndaş saxlanılıb. O, polis əməkdaşına xəsarət yetirib. Bununla əlaqədar istintaq gedir. Vətəndaşlardan heç biri xəsarət almayıb”.

Ana səhifəXəbərlərBiləsuvarda aksiya keçirilib, saxlanılan var