Beytulla Hüseynov da işdən çıxarıldı və saxlanıldı

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynov vəzifəsindən azad olunub.

Source:

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynov vəzifəsindən azad olunub.

APA-nın məlumatına görə, B.Hüseynov rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun əmri ilə işdən kənarlaşdırılıb. Bu vəzifəni müvəqqəti texniki direktor Rəsul Qurbanov icra edəcək.

Məlumatı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də təsdiqləyib.

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumu olan Beytulla Hüseynov artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, araşdırma gedir.

Mətbuatda MTN-nin bir neçə yüksək çinli məmuru və hakim ailəyə daxil olan şəxslərin telefon danışığının dinlənilməsi barədə məlumatlar da dərc olunmuşdu.

Ana səhifəXəbərlərBeytulla Hüseynov da işdən çıxarıldı və saxlanıldı