Beynəlxalq reyting agentliyi manatın yaxın üç ildə ucuzlaşacağını proqnozlaşdırıb

Nemət Əliyev: ”Manatın nisbi sabitliyi neftlə bağlıdır”

Source:


Nemət Əliyev: ”Manatın nisbi sabitliyi neftlə bağlıdır”

S&P beynəlxalq reytinq agentliyi manatın gələcək 3 illik durumu ilə bağlı proqnoz

verib

.

Bildirilir ki, 2018-ci ildə manatın kursu 1 dollar 1,7 manat qalacaq. Ancaq 2019-cu ildən manat dollar qarşısında ucuzlaşmağa başlayacaq:

“2019-cu ildə 1 dollar 1,79 manat, 2020-ci ildə 1 dollar 1,87 manat, 2021-ci ildə 1 dollar 1,97 manat olacaq”.

Bazardakı durum tələb-təklif, iqtisadi qanunların təsiri ilə dəyişmir

İqtisadçı Nemət Əliyev deyir ki, bugünədək Azərbaycanda manatın kursunu saxlamaq üçün inzibati resurslardan istifadə olunub. S&P beynəlxalq reytinq agentliyinin proqnozundan məlum olur ki, bu, 2018-ci ildə də davam edəcək:

“Agentlik yaxşı başa düşür ki, Azərbaycanda milli valyutanın kursu hökumətin inzibati resurslardan sərt şəkildə istifadəsi hesabına başa gəlir. Valyuta bazarındakı durum tələb-təklif, iqtisadi qanunların təsiri ilə dəyişmir. Həmin o təsirlərin 2018-ci ildə davam edəcəyi də görünür, nəzərə alınıb. Ona görə də bu il milli valyutanın sabit qalacağını deyirlər”.

Manatın nisbi sabitliyi neftlə bağlıdır

Nemət Əliyev

Nemət Əliyev deyir ki, agentlik həm də fərqindədir ki, Azərbaycanda neftin hasilatı kəskin şəkildə düşməyə davam edir. Hasilatda tonlarla azalma olub:

“Yəni bu gün manatın nisbi sabitliyi neftlə bağlıdır. Təsəvvür edin, 2018-ci ildə də neftin hasilatı kəskin azalmaqda davam edəcək. 2019-cu ildən başlayaraq bu, Azərbaycana valyuta axınını da kəskin şəkildə azaldacaq. Neftin qiymətində müəyyən dərəcədə artımın olması Azərbaycanda vəziyyəti nisbətən yaxşılaşdırır. Ancaq bu, 2019-cu ildən sonra işə yaramayacaq, kömək etməyəcək. Məncə, beynəlxalq reytinq agentliyi neftin hasilatının azalmasını nəzərə alaraq proqnoz verib. Bu da realdır”.

Proqnozu real sayıram

İqtisadçı deyir ki, bir zamanlar Azərbaycan 50,8 milyon ton neft hasil edirdisə, bu gün hasilat 37 milyon tona qədər azalıb:

“Təsəvvür edin, 2 milyon ton da bu il azalsa, ümumi hasilat hardasa 35 milyon ton olacaq. Bu tendensiya 2019-cu ildən sonra daha da sürətlənə bilər. Odur ki, agentliyin milli valyutanın 2019-cu ildən sonra dəyərinin aşağı düşməsi ilə bağlı verdiyi proqnozu real sayıram. Əslində manatın məzənnəsinin sabit saxlanılması üçün inzibati yollardan istifadə edilməsə, ucuzlaşma bu gün baş verər. Ancaq Azərbaycandakı vəziyyət iqtisadi qanunların fövqündə dayanır. Onun da zərbəsi yerli sahibkarlara dəyir. Bu da ölkənin sosial durumu ağırlaşdırır”.

Ana səhifəXəbərlərBeynəlxalq reyting agentliyi manatın yaxın üç ildə ucuzlaşacağını proqnozlaşdırıb