Beyləqanda Olimpiya İdman Kompleksinin təməli qoyulub

Kompleksin tikintisinə 16,5 milyon manat ayrılıb

Source:


Kompleksin tikintisinə 16,5 milyon manat ayrılıb

Beyləqanda yeni Olimpiya İdman Kompleksi tikilir. Artıq kompleksin təməli qoyulub. Məlumatı Gənclər və İdman Nazirliyi yayıb.

Bildirilir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Beyləqan rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev, Milli Məclisin deputatı Şahin İsmayılov da iştirak ediblər.

“Yeni olimpiya kompleksi sayca 45-cidir”, – nazir Azad Rəhimov belə deyib.

O, bildirib ki, Beyləqan Olimpiya İdman Kompleksində 1000-ə yaxın tamaşaçı tribunası olan, müxtəlif idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulan Universal idman zalı, Güləş zalı, Boks zalı, Qrup məşqləri və Trenajor zalı, 180 tamaşaçı tribunası və 24×12 olçüdə üzgücülük hovuzu olan Üzgüçülük zalı inşa ediləcək:

“Bu gün ölkəmizdə 43 OİK fəaliyyət göstərir. Bir müddət bundan öncə Tərtərdə sayca 44-cü OİK-in təməli qoyuldu. Bu il Lənkəran OİK-in istifadəyə verilməsi nəzərdə tutulur. Bundan əlavə, Goranboy və Neftçala rayonlarında növbəti OİK-in tikintisinə başlanılıb. Yardımlı rayonunda isə İdman Kompleksinin tikintisi davam etdirilir”.

Beyləqan OİK-nin tikintisinə prezident İlham Əliyevin 23 mart 2018-ci il tarixli

sərəncamı

ilə 16,5 milyon manat vəasit ayrılıb.

Komleksin layihələndirilməsi Azərbaycanın “Art Proje” şirkəti tərəfindən hazırlanır. Tikintisini isə “TAVV Construction” MMC-i icra edəcək. Ərazisi 2,61 ha olacaq.

İqtisadçılar dəfələrlə belə komplekslərin tikintisinin mənasız olduğunu bəyan ediblər. Bildirilir ki, adətən bu tip komplekslər sadə vətəndaşların üzünə açıq olmur və ayrılan vəsaitlər boş büdcə sərfindən baş bir şey deyil. Olimpiya Komplekslərinin saxlanılmasına da yüzminlərlə manta dövlət vəsaiti ayrılır.

Azərbaycanda OİK-lər 2002-ci ildən işə başlayıb. Naxçıvan OİK-in açılışında o vaxtkı prezident Heydər Əliyev hər bir kompleksin İlham Əliyevin xalqa hədiyyəsi olduğunu demişdi. Rəsmi sənədlərdə və hesabatlarda komplekslər İlham Əliyevin idmana qayğısı kimi qiymətləndirilir. Amma AzadlıqRadiosunun 2012-ci ildə apardığı

araşdırma

bəzi komplekslərin istifadəsiz, bəzilərininsə təyinatı üzrə fəaliyyət göstərmədiyini üzə çıxarmışdı. Araşdırmadan məlum olmuşdu ki, Şəki OİK “General Construction” MMC-nin balansındadır. Qazax, Qusar və Zaqatala OİK-lərini də bu şirkət öz vəsaitilə inşa edib. “General Construction” 2001-ci ildə Panamanın “Oceanstream” şirkəti tərəfindən təsis olunub. Şirkət azərbaycanlı iş adamı Xəqani Bəşirova məxsusdur.O dövrdə Gənclər və İdman Nazirliyinin iqtisadiyyat şöbəsinin müdir müavini Rüfət Həsənov demişdi ki, komplekslərdən 16-nı Gənclər İdman Nazirliyi, 2-ni Qaçqınlarla İş üzrə Dövlət Komistəsi, 3-nü Milli Olimpiya Komitəsi, 12-ni isə müxtəlif özəl şirkətlər öz vəsaitləri hesabına tikib. Dövlət büdcəsi hesabına tikilən OİK-lərə 200 milyon manata yaxın vəsait xərclənib.

Ana səhifəXəbərlərBeyləqanda Olimpiya İdman Kompleksinin təməli qoyulub