Bəxtiyar Hacıyev ölkədən buraxılmadı

Daxili İşlər Nazirliyindən münasibət öyrənmək, hələlik, mümkün olmayıb

Source:
Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev


Daxili İşlər Nazirliyindən münasibət öyrənmək, hələlik, mümkün olmayıb

Bloqqer, gənc fəal Bəxtiyar Hacıyev sentyabrın 18-dən 19-na keçən gecə Polşaya getmək istəyərkən aeroportda saxlanılaraq, geri qaytarılıb.

Bu barədə məlumatı Bəxtiyar Hacıyev “facebook” səhifəsində yayıb.

“Ölkədən çıxışıma qadağa olduğunu dedilər. Hər hansı izah verilmir. Bunun hansı orqan və kim tərəfindən edildiyi bildirilmir. Hava limanında olanda danışıqlardan, jestlərdən belə başa düşdüm ki, konkret hansısa orqanın mənə qarşı qoyduğu qadağadır. Başqa mənbələrdən aldığım informasiyalara görə, bu orqan Daxili İşlər Nazirliyidir”.

Məsələyə Daxili İşlər Nazirliyindən münasibət öyrənmək, hələlik, mümkün olmayıb.

B.Hacıyev ATƏT-in toplantısında iştirak etməkdən ötrü Varşavaya getmək istədiyini deyib.

Sentyabrın 19-da Polşanın paytaxtı Varşavada ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun insan hüquqları ilə bağlı öhdəliklərin yerinə yetirilməsinin nəzərdən keçirilməsi üzrə toplantısı olmalıdır. .

Harvard Universiteti məzunu olan Bəxtiyar Hacıyev 2011-ci ilin martında saxlanmışdı. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi.

B.Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.

Ana səhifəXəbərlərBəxtiyar Hacıyev ölkədən buraxılmadı