Bəşir Süleymanlı ailəsi ilə görüşə bilmir

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti isə təqsirləndirilən şəxsin öz hüququndan istifadə etdiyini deyir

Source:


Ədliyyə Nazirliyinin Penitensiar Xidməti isə təqsirləndirilən şəxsin öz hüququndan istifadə etdiyini deyir

Bakı İstintaq Təcridxanasında saxlanılan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru  Bəşir Süleymanlıya yaxınları ilə görüşə icazə verilmir. Bu barədə saxlanılan şəxsin  vəkili Fariz Namazlı məlumat verib: “Bəşir Süleymanlı həbsxana rəhbərliyi ilə danışsa da, ona yaxınları ilə görüş verməkdən imtina ediliblər. Vəziyyəti isə belə əsaslandırıblar ki, təcridxanada 2000-nə qədər saxlanılan şəxs var, onların da görüş hüququ var. Sənin vaxtın çatanda görüşərsən” .   Vəkil həmçinin, bildirib ki,  “Hüquq və azadlıqlarının təmin edilməsi haqqında”  Qanunun 19.6-cı maddəsinə görə, həbs edilmiş şəxs yaxın qohumları və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslər ilə ayda dörd dəfə 4 saatadək müddətə ləyaqətli şəraitdə və nəzarət altında görüşmək hüququna malikdir.

 Penitensiar Xidmətin İctimayyətlə Əlaqələr şöbəsindən isə Meydan Tv-yə  bildiriblər ki, Bakı İstintaq Təcridxanasında saxlanılan Bəşir Süleymanlı hüququndan tam istifadə edib: “Bəşir Süleymanlı 25 may 2014-cü il tarixdə təcridxanaya daxil olub. Təcridxanada olduğu müddət ərzində ailə üzvləri və yaxınları ilə görüş hüququndan tam istifadə edib. Belə ki, 1 iyun 2014-cü ildə ailə üzvləri ilə görüşüb, 2 dəfə isə həftədə bir dəfə sovqat almaq hüququndan istifadə edib. Qeyd olunanlardan başqa, ailə üzvləri ilə görüş barədə təcridxana rəhbərliyinə müraciət olunmayıb”.

Ana səhifəXəbərlərBəşir Süleymanlı ailəsi ilə görüşə bilmir