Berlində Misir və Serbiya səfirliklərindən tələb: “Heydər Əliyevin heykəlləri götürülsün”

Berlində aksiya, Foto: Meydan TV

Azərbaycanlı mühacirlər aksiya keçirib

Almaniyada yaşayan azərbaycanlı siyasi mühacirlər Misir və Serbiyanın bu ölkədəki səfirlikləri önündə aksiya keçiriblər. Onlar sözügedən ölkələrdən Heydər Əliyevin heykəlinin götürlməsini tələb edir.

Berlində yerləşən səfirliklər önünə yığışan bir qrup siyasi mühacir “Diktator Heydər Əliyevin heykəli Misir Ərəb Respublikasından və Serbiya Respublikasından  götürülsun” tələbi ilə şüarlar səsləndiriblər.

Bu haqda Meydan TV-yə məlumatı aksiyanın təşkiatçılarından biri, DAS təşkilatın  (Demokratik Azərbaycanı Seç) üzvü Elçin Qasımov verib.

“Aksiyanın məqsədi 1970-ci illərdən Azərbaycan rəhbərlik etmiş keçmiş  Dövlət Təhlükəsizlik Komitəsinin ( KKB) generalı, sonralar silahlı qiyam nəticəsində hakimiyyətə gələn diktator Heydər Əliyevin heykələrinin Misir Ərəb Respublikasının Qəlyubiyyə vilayətinin Qanatır şəhərindən və Serbiyanın Belqrad şəhərinin Taşmaydan parkından götürülməsidir”, – Elçin Qasımov deyib.

“Heydər Əliyev hakimiyyətə gəldikdən sonra repressiv, korrupsioner və avtoritar bir hakimiyyət formalaşdırıb. O, sonradan hakimiyyətini öz oğluna ötürüb. 2003-ci ildən bugünə qədər Azərbaycanda hakimiyyətdə onun oğlu, indiki prezdent İlham Əliyevdir. 30 illik ailə hakimiyyəti dövründə minlərlə insan siyasi baxışlarına və dini əqidələrinə görə həbs edilib. Bir neçə jurnalist- Elmar Hüseynov, Rafiq Tagi, Rasim Əliyev qətlə yetrilib”, – aksiya iştirakçısı bildiriblər.   

Aksiyanin digər təşkilatçısı, DAS təşkilatının üzvü İmran Rəsulzadənin bildirdiyinə görə, akiyanın sonunda müraciətlərini Misir və Serbiyanın Berlin şəhərindəki səfirliyinə təqdim ediblər.

Müraciətdə deyilir:

“Demokratik dövlət quruculuğu yolu tutmuş, insan hüquqlarına hörmət edən, azad mətbuatın hakim olduğu Misir və Serbiya kimi dövlətlərdə Heydər Əliyev adlı demokratiyadan uzaq bir şəxsin heykəlinin olması ən azından demokratik prinsiplərə hörmətsizlikdir. Buna görə də mitinq iştirakçıları adından tələb edirik:

H.Əliyevin heykəli Serbiya Respublikası ərazısındən götürülsün;

H.Əliyevin heykəli Misir Ərəb Respublikası ərazısındən götürülsün;

Azərbaycan hökumətindən demokratik prinsiplərin tətbiq edilməsi tələb edilsin;

• Ölkədə söz azadlığının bərqərar edilməsi üçün Azərbaycan hökumətinə çağırışlar edilsin;

• Siyasi məhbusların azad edilməsi yönündə Azərbaycan hökumətinə çağırışlar edilsin.

•  Demokratik dəyərlər kontekstində Azərbaycanla əlaqələrə yenidən baxılsın”.

Akisyanin daha bir təşkilatçısı Səyavuş Ağayevin sözlərinə görə, Azərbaycanın Berlindəki səfiriliyindən  isə ölkəyə qayıtdıqdan sonra həbs edilən Cəfər Mirzəyev, Mütəllim Orucov, Malik Rzayev və Pünhan Kərimlinin azad olunmasını tələb ediblər.

Ana səhifəSiyasətBerlində Misir və Serbiya səfirliklərindən tələb: “Heydər Əliyevin heykəlləri götürülsün”