Berlin sammitində Serbiya-Kosovo danışıqları gözlənilir

Albaniyanın prezidenti və Baş naziri də Berlin sammitinə qatılacaq.

Source: google.az

''Görüş ''bölgənin sabitliyi'' üzərində dayanaraq lazımı yolların tapılmasına həsr ediləcək''

Fransa prezidenti Emmanuel Makron və Almaniya Baş naziri Angela Merkel aprelin 29-da Berlində Serbiya və Kosova arasında dialoqu yenidən başlatmaq üçün regional sammitə ev sahibliyi edəcəklər.

“Görüş "bölgənin sabitliyi" üzərində dayanaraq əsasən Serbiya ilə Kosova arasında dialoqun yenidən bərpa edilməsi üçün lazımı yolların tapılmasına həsr ediləcək,” – Fransanın Prezident Aparatı aprelin 28-də yaydığı bəyanatında deyib.

Serbiya ilə Kosovo arasındakı Avropa Birliyi vasitəçiliyi ilə keçirilən danışıqlar keçən il qırıldı. Bu qırılma böyük tənqidlərə səbəb olan iki ölkə arasında mümkün sərhəd dəyişikliklərindən sonra baş verdi.

Noyabrda Kosovo serb mallarına 100 faizlik tarif qoydu. Kosova Baş naziri Ramuş Haradinay demişdi ki, Belqrad Kosovanın müstəqilliyini tanıyana qədər təzyiqlərin davam edəcək.

Öz növbəsində Belqrad qeyd etmişdi ki, tarif qaldırılmayana qədər Kosova ilə heç bir danışıq gözlənilmir.

Keçmişdə Serbiya əyaləti olan Kosovo 2008-ci ildə birtərəfli olaraq müstəqillik elan etmişdi. Kosovanın bu addımını Serbiya indiyədək tanımayıb. Hər iki ölkə Avropa İttifaqına qoşulmağa can atır. Bu səbəbdən münasibətlərin normallaşdırılması quruma qatılmaq üçün əsas şərtlərdəndir.

Berlin görüşünə gedən mərhələdə Kosovo və Serbiya gözləntiləri azaltmağa çalışır.

Serbiya prezidenti Aleksandar Vuçiç ötən həftə Pekinə səfəri zamanı bildirib ki, "bu anda Priştina ilə necə və nə danışacağını bilmir".

Kosovar Prezidenti Haşim Taçi Berlin görüşünün "imkanlar aça biləcəyini, amma eyni zamanda görüşün xəyal qırıqlığı ola biləcəyini" də deyib.

Albaniyanın prezidenti və Baş naziri də Berlin sammitinə qatılacaq.

Ana səhifəDünyaBerlin sammitində Serbiya-Kosovo danışıqları gözlənilir