Bərdədə avtomobil qəzasında ölən var

Mikroavtobusla minik avtomobili toqquşub

Source:


Mikroavtobusla minik avtomobili toqquşub

Bərdə rayonunun Alaçadırlı kəndində iyulun 23-də sərnişin daşıyan mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb.



Report

” agentliyi yazır ki, “Mercedes” markalı mikroavtobusla “VAZ 2107” markalı minik avtomobili toqquşub.

Nəticədə minik avtomobili idarəetməni itirərək yol kənarında yerləşən elektrik dirəyinə dəyib, “VAZ 2107”in sürücüsü, 1946-cı il təvəllüdlü Marif Fərəc oğlu Heydərov hadisə yerində ölüb.

“Mercedes” markalı mikroavtobusun sürcüsü Böyükkişi Çingiz oğlu Şükürov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə zamanı yüksək gərginlikli elektrik xətti qırıldığından bir neçə kəndə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.


İyulun 12-də

Qaradağ

iyulun18-də

isə Qubada oxşar qəzalar baş vermişdi.

Ana səhifəXəbərlərBərdədə avtomobil qəzasında ölən var