Avtobus aşıb; 1 nəfər ölüb, xəsarət alanlar var (yenilənib)

Hadisə Qaradağ rayonu ərazisində baş verib

Source:


***


Qəza ilə bağlı cinayət işi başlanıb. Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev bildirib ki, Baş İstintaq və Təhqiqat İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, hazırda istintaq tədbirləri davam etdirilir.


***


Hadisə Qaradağ rayonu ərazisində baş verib

İyulun 12-də səhər saatlarında Qaradağ rayonunda yol qəzası baş verib. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir. Şahidlərin Meydan TV-yə verdiyi məlumata görə, qəza Qaradağ rayonunun Sahil qəsəbəsindən Bakıya hərəkət edən 149 saylı marşurtda olub. Yük maşınının yol kənarında dayanmış avtobusa çırpılması nəticəsində avtobus aşıb, onun tavanı yerə yapışıb.

“Qaradağ rayonunda Qaz Emalı Zavodu istiqamətində hələ də tıxacdır. İnsanları avtobusdan çıxarıb, ambulanslara daşıyırlar. Yol açılmayıb”,- deyə hadisənin şahidi bildirib.

“Report” hadisə zamanı xəsarət alanların adlarını açıqlayıb:


1996-cı il təvəllüdlü Tapdıq İsmayılov



1970-cı il təvəllüdlü Xuraman Məmmədova



1964-cü il təvəllüdlü Rəhim Səlimov



1975-ci il təvəllüdlü İlqar Ağayev



35 yaşlı Aytəkin Məmmədova



37 yaşlı Ramiz Məmmədov



1966-cı il təvəllüdlü Ulduz Sultanova



35 yaşlı Vadim Mütəllibov



1953-cü il təvəllüdlü Qəzənfər İbrahimov



1983-cü il təvəllüdlü Elnur Atayev

Son iki nəfər tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digərlərinin vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Ana səhifəXəbərlərAvtobus aşıb; 1 nəfər ölüb, xəsarət alanlar var (yenilənib)