İslam Konfransı Təşkilatının Avropa İttifaqı yanındakı nümayəndə heyətinin hazırkı rəhbəri Arif Məmmədov şəxsi facebook səhifəsində yeni bəyanat yayıb. Meydan TV bu bəyanatı diqqətinizə çatdırır:
Əziz dostlar, bacı və qardaşlar, uca Azərbaycan xalqı!
Ölkənin ən yaxşı diplomatlarına qarşı təşkil edilən ovdan hədsiz təəccübdəyəm. Repressiyalar üçün əmr ölkənin repressiya fabrikindən verilib. Bu hakimiyyətə yalnız Eynulla və onun kimilər lazımdır. Mənim Bakıdakı yanğın zamanı faciəli şəkildə həlak olanların ailələrinə verdiyim başsağlığını facebookda « like » edən ölkənin ən yaxşı diplomatlarının işdən kənarlaşdırılması heç bir anlayışa sığmır.
Diplomatları alçaldıcı ərizələr yazmağa məcbur edirlər. İndi bir çoxları bu repressiyaları SSRİ-də, 30- cu illərin sonlarında baş verən repressiyalarla müqayisə edir. Mən hesab edirəm k, indi baş verənləri hakimiyyətin sarsaqlığından başqa heç nə ilə izah etmək mümkün deyil.
Belə şeylər heç 30-cu, 40-cı illərdə belə, olmayıb.
Mən XİN sistemində 20 ildən artıq çalışmışam. Bu Nazirlikdə ölkənin maraqlarını bütün dünyada qoruyan olduqca namuslu və ciddi insanlar var.
Dünən ezamiyyətdən Belçikaya döndüm və Belçikanın Xarici İşlər Nazirliyində, eləcə də digər Avropa strukturlarında bu anlamsız məsələ ilə bağlı hamının məlumatlı olmasından heyrətləndim. Mənim və ailəmin təhlükəsizliyi üçün Belçikanın Xarici İşlər Nazirliyi mühafizə təklif etdi. Mən imtina etdim, amma onlar təkidlə bunu etmək istəyirlər.
Bəzi KİV-lər bildiriblər ki, guya mən Norveçdən siyasi sığınacaq istəmişəm.
Bunu görməyəcəksiniz !
Bu cəhalətlə və mənim uca xalqıma qarşı ədalətsiliklərlə mübarizə qətiyyətim hüdudsuzdur.
Azərbaycan XİN-də bu məsələ ilə bağlı zərə çəkən diplomatlara müraciət edirəm. Namusuma and içirəm ki, Azərbaycan xalqı ədaləti bərqərar edəcək və o zaman siz ən yüksək dövlət mövqelərində olacaqsınız.
Və bunu çox gözləmək lazım gəlməyəcək.