Deputat icra strukturlarını inhisarçılara qarşı tədbirlər görməyə çağırıb
“Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artdığı halda, ucuzlaşma əvəzinə bahalaşma olması absurddur”.
Bunu parlamentdə çıxışı zamanı deputat Fərəc Quliyev deyib. O bildirib ki, adətən, bayramqabağı bazarlarda qiymətlər artır: “Sonradan isə bu qiymətlər ucuzlaşımır. Qarşıdan Novruz bayramı gəlir, ona görə də bayramqabağı bahalaşma nəzarətə götürülməlidir”.
F.Quliyev müvafiq icra strukturlarını inhisarçılara qarşı tədbirlər görməyə çağırıb:
“Kəndlilərin öz məhsullarını birbaşa bazara çıxarmasına şərait yaradılmalıdır, çünki arada olan vasitəçilər qiymətləri süni şəkildə artırır”.