Bayram Məmmədov aclığı dayandırıb

Elçin Sadıqov: “Müstəntiq onları heykəli yazmağa görə məzəmmət edib, deyib ki, xoşunuz gəlmirsə, gedin xaricə”

Source:

Elçin Sadıqov: “Müstəntiq onları heykəli yazmağa görə məzəmmət edib, deyib ki, xoşunuz gəlmirsə, gedin xaricə”

 Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan gənc fəal Bayram Məmmədov aclıq aksiyasını dayandırıb. Bu barədə məlumatı vəkili Elçin Sadıqov öz Facebook səhifəsində yazıb. Vəkilin sözlərinə görə, mayın 24-də Bakı İstintaq Təcridxanasında onunla və Qiyas İbrahimovla görüşüb. Bayram Məmmədov bildirib ki, mayın 23-də valideynlərinin xahişi ilə aclıq aksiyasını dayandırıb.

“Bu gün səhər hər iki gənc ayrılıqda, vəkilin iştirakı oladan dindirilmələri barədə ərizə alınaraq Bakı şəhər prokurorluğunun müstəntiqi Asəm Səfərəliyev tərəfindən dindirilib. Hər iki gənc bildirib ki, müstəntiq onların verdiyi ifadəni olduğu kimi yazmayıb. Məsələn, “məcbur etdilər” sözünü təklif etdilər və s. kimi yazıb. Bayram Məmmədov buna etiraz edib və ifadəsini olduğu kimi yazdırıb. Qiyas İbrahimov da etiraz edib. Ancaq buna baxmayaraq, müstəntiq onun ifadəsini qısa yazıb. Q.İbrahimov bildirib ki, mənə və DİN-in Daxili Təhqiqatlar İdarəsinin əməkdaşlarına verdiyi izahatı təsdiq edir, bu gün alınan ifadəni yox. Həmin ifadəni ətraflı yazmağa şərait yaradılmayıb. Hər iki gənc ayrı-ayrılıqda bildirib ki, müstəntiq onları heykəli yazmağa görə məzəmmət edib, deyib ki, xoşunuz gəlmirsə, gedin xaricə” – vəkil qeyd edib.

Elçin Sadıqov deyir ki, Qiyas İbrahimovun onun adına yazılı şəkildə, işgəncəni ətraflı izah edərək yazdığı ərizə təcridxana əməkdaşları tərəfindən əlindən alınıb:

“Hər iki gənc bildirdi ki, təcridxana rəhbərliyi onları ailələri ilə görüşməyə icazə vermir, onlara deyirlər ki, yaralarınız tam sağalana qədər görüş yoxdur.

Bundan başqa, gənclərin müdafiə hüququ da pozulur. Belə ki, görüşdən əvvəl və sonra onlar və vəkil axtarışa məruz qalır. Bu axtarış təhlükəsizlik məqsədilə edilmir. Ona görə ki, təcridxanaya daxil olarkən təhlükəsizlik baxımından yoxlanılırıq. Təcridxanaya daxil olarkən üzərimdə heç bir metal əşya olmur. Təcridxana əməkdaşlarının apardığı yoxlama vəkillə müdafiə etdiyi şəxsin görüşlərində olan söhbətin məzmununu bilmək üçün qeydlərimə baxış keçirilir ki, bu da qanuna tamamilə ziddir. Penitensiar Xidmətin rəhbərliyindən xahiş edirəm ki, insanların müdafiə hüququnu pozan belə qanunsuz axtarış aparılmasının qarşısını alsın”.

Ana səhifəXəbərlərBayram Məmmədov aclığı dayandırıb