“Baş verənlər vətəndaş cəmiyyətinin məhvi üçün gedən prosesdir” (VİDEO)

Avqustun 4-də Leyla və Arif Yunusların Bakı Ağır Cinayətlər Məhkəməsində davam edən prosesləri yenə yarımqapalı keçirilib. Dünənki prosesdə halı pisləşən Arif Yunus məhkəmədə həkim nəzarəti ilə iştirak edib. Məhkəmədə şahid qismində jurnalist Anna Daqidaşvili, Əkbər Həsənov, Hazırda MTN-in təcridxanasında saxlanılan jurnalist Rauf Mirqədirov, hüquq müdafiəçiləri – Sahib Məmmədov Mirvari Qəhrəmanlı çıxış edib.

Rauf Mirqədirov ifadəsində Arif Yunusa qarşı heç bir iddiası olmadığını bildirib.

Qadın Krizis Mərkəzinin sədri Mətanət Əzizova məhkəməyə məktub ünvanlayıb. Məktubda deyilir: “Leyla Yunus Sülh və Demokratiya İnstitutu xətti ilə keçirilən tədbirlərə görə mənə pul verməyib. 2003-cü ildən həmin təşkilatın sədr müavini olmuşam. Aldığımıəz qrantlara dair sənədləşmə aparılıb, lakin ofisimiz söküldüyünə görə sənədlər məhv edilib. Möhür, ştamp, maliyyə hesabları Leyla Yunus özündə saxlayırdı. Leyla Yunus bank hesabları olan pulları nağd şəkildə alıb bizə verirdi. Layihələr barədə soruşanda isə qrantların “Ön Qafqaz Qadınlarının Cəmiyyəti”nə deyil, Sülh və Demokratiya İnstitutuna aid olduğunu deyirdi”

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı ona verilən suallardan danışıb. Mirvari Qəhrəmanlı Rauf Mirqədirovun çox zəif görsəndiyini bildirib.

Məhkəmə avqustun 5-də davam edəcək.

Ana səhifəVideo“Baş verənlər vətəndaş cəmiyyətinin məhvi üçün gedən prosesdir” (VİDEO)