Baş redaktorla bağlı məhkəmə istintaqı yekunlaşıb

Baş redaktorun vəkili isə B.Həsənovun mütləq məhkəməyə gətirilməsini istəyib.

Source: google.az


Zərəçəkənlərdən biri İkram Rəhimovdan şikayətçi olmadığını deyib

"Realliq.info” saytının 8 aydır həbsdə olan təsisçisi və baş redaktoru İkram Rəhimovun işi üzrə məhkəmə istintaqı başa çatıb. İyunun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə bu qərar elan olunub.

Bundan əvvəl hakim bildirib ki, zərərçəkmiş şəxslərdən Bəxtiyar Həsənov məhkəməyə teleqram göndərib. Yazıb ki, ürək əməliyyatı keçirdiyinə görə məhkəməyə gələ bilmir. O, istintaqa ifadəsini təsdiqləsə də, İ.Rəhimovdan şikayət və tələbi olmadığını yazıb.

Baş redaktorun vəkili isə B.Həsənovun mütləq məhkəməyə gətirilməsini istəyib. Bu vəsatət təmin olunmayıb.

Bundan sonra məhkəmə istintaqının başa çatdığı elan edib. Ardınca pokuror çıxış edərək, İ.Rəhimovun 6 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib. Prokuror bildirib ki, Cinayət Məcəlləsinin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddələri ilə irəli sürülən ittiham sübuta yetirilib.

İyunun 12-də vəkil müdafiə nitqilə çıxış edəcək.

İ.Rəhimov oktyabrın 26-da DTX əməkdaşları tərəfindən həbs olunub. İttihama görə, İ.Rəhimov müxtəlif adamlar haqqında rüsvayedici məlumatlar yaymaqla onları hədələyib, həmin materialların silinməsi üçün pul tələb edib. Dövlət Təhlükəsizliyi Xidmətinə onun bu əməllərindən ziyan çəkənlərdən çoxlu şikayətlər daxil olub.

İ.Rəhimov özünü təqsirli bilmir. Məhkəmədə ifadəsində bildirib ki, həbsin arxasında prezidentin köməkçisi Əli Həsənov və Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov durur. Çünki saytda onların birləşib jurnalistlər üçün tikilən binalardakı mənimsəmələri barədə materiallar yayıb: "Cinayət işində zərərçəkən kimi adları çəkilən şəxslər məndən müəyyən yazıların çıxarılması barədə xahiş ediblər, mən də onlara görə indi adlarını çəkmək istəmədiyim sayt rəhbərlərindən müəyyən xahişlər etmişəm".

DTX -nın İ.Rəhimovun pul tələb etdiyini əks etdirən audioyazı yaymasına gəlincə, İ.Rəhimov onları montaj adlandırıb. "Biz istintaq vaxtı o səs yazılarının ekspertizadan keçirilməsini istədik, ancaq eləmədilər".

Ana səhifəXəbərlərBaş redaktorla bağlı məhkəmə istintaqı yekunlaşıb