Baş redaktor şərti azadlığa buraxılıb

“Mətbuat Şurasının üzvlərinin qanunsuz əməllərini ictimailəşdirəcəm. İnanıram ki, hüquq-mühafizə orqanları bu adamların cəızalandırılması ilə bağlı tədbirlər görəcək”.

Source: google.az


“Son dövrlərdə Əli Həsənov və ətrafı haqqında aparılan araşdırmalar göstərdi ki, bu adam barədə yazılanlar həqiqəti əks etdirib”

“Realliq.info” saytının baş redaktoru İkram Rəhimov dekabrın 23-də şərti azadlığa buraxılıb.

Bu barədə İkram Rəhimov özü Meydan TV-yə danışıb.

Bildirib ki, Cəzaların İcrası Məcəlləsinə uyğun olaraq cəzasının üçdə ikisi tamam olduğundan cəzasını qalan hissəsindən şərti olaraq azadlığa buraxılıb.

İkram Rəhimov həbsini sifarişli və qanunsuz adlandırıb:

“Heç bir əsası olmadan Prezidentin sabiq köməkçisi Əli Həsənovun sifarişylə həbs olunmuşam. Son dövrlərdə Əli Həsənov və ətrafı haqqında aparılan araşdırmalar göstərdi ki, bu adam barədə yazılanlar həqiqəti əks etdirib. Ancaq biz zamanında onun haqqında gerçəkləri danışsaq da, əvəzində təzyiqlərə məruz qaldıq. Əli Həsənovun təsir dairəsində olan Mətbuat Şurası mənim haqqımda dəfələrlə hüquq-mühafizə orqanlarına müraciətlər ünvanlayıb. Təbii ki, bu təzyiqlər əsasında həbs olundum. Əli Həsənov özü məni dəfələrlə onunla işləməyə dəvət etsə də, rədd etmişəm. Bundan sonra da Əli Həsənov və şəbəkəsi barəsində araşdırmalarımı davam etdirib, Mətbuat Şurasının üzvlərinin qanunsuz əməllərini ictimailəşdirəcəm. İnanıram ki, hüquq-mühafizə orqanları bu adamların cəızalandırılması ilə bağlı tədbirlər görəcək”.

İkram Rəhimov 2018-ci il oktyabrın 26-da DTX əməkdaşları tərəfindən saxlanılıb.

Baş redaktor Cinayət Məcəlləsinin CM-in 182.2.1 və 182.2.2-ci (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən şantaj) maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində şübhəli şəxs kimi saxlanılıb. İkram Rəhimov 5.6 il azadlıqdan məhrum edilmişdi. Ancaq Bakı Apelyasiya Məhkəməsi cəzanı 3 ilə endirdi.

Ana səhifəSiyasətBaş redaktor şərti azadlığa buraxılıb