Baş redaktor həbsdə qaldı

İkram Rəhimovun şikayəti təmin olunmadı

Source:
İkram Rafiqoğlu
İkram Rafiqoğlu


İkram Rəhimovun şikayəti təmin olunmadı

Bakı Apelyasiya Məhkəməsi dekabrın 6-da “realliq.info” saytının həbsdə olan redaktoru İkram Rəhimovun vəkillərinin şikayətinə baxıb.

Jurnalistin özü də prosesdə iştirak edib.

İkram Rəhimov deyib ki, istintaqdan gizlənmək, yayınmaq kimi niyyəti olmayıb. Ona görə də rayon məhkəməsinin həbs tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsindən imtina etməsi qanuni deyil.

Ancaq Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun sədrlik etdiyi kollegiya Səbail Rayon Məhkəməsinin İ.Rəhimovun ev dustaqlığına buraxılmaması haqqında qərarını qüvvədə saxlayıb.

İ.Rəhimov oktyabrın 26-da DTX əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin CM-in 182.2.1 və 182.2.2-ci (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən şantaj) maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində şübhəli şəxs kimi saxlanılıb. İ.Rəhimov ittihamları rədd edir.

Ana səhifəXəbərlərBaş redaktor həbsdə qaldı