Baş Prokurorluqdan Lamiyə Quliyeva ilə bağlı açıqlama

Onun ötən ilin oktyabr ayında uşaq dünyaya gətirməsi və digər xüsusatlarla bağlı Ədliyyə Nazirliyivə Baş Prokurorluq tərəfindən birgə müvafiq araşdırmalar aparılır

Source:


Onun ötən ilin oktyabr ayında uşaq dünyaya gətirməsi və digər xüsusatlarla bağlı

Ədliyyə Nazirliyi



Baş Prokurorluq

 tərəfindən birgə müvafiq araşdırmalar aparılır


Baş Prokurorluq

 məhkum Lamiyə Quliyevanın cəzaçəkmə müəssisəsində uşaq dünyaya gətirməsi faktı ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov

APA

-nın sorğusuna cavabında bildirib ki,

Ədliyyə Nazirliyi

 Penitensiar Xidmətinin 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən 1987-ci il təvəllüdlü Lamiyə Quliyevanın ötən ilin oktyabr ayında uşaq dünyaya gətirməsi və digər xüsusatlarla bağlı

Ədliyyə Nazirliyi



Baş Prokurorluq

 tərəfindən birgə müvafiq araşdırmalar aparılır.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

1987-ci il təvəllüdlü Lamiyə Quliyeva  2003-cü ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən təqsirləndirilən L. Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonun sabiq  icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilirlər. Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva  isə 10 il müddətinə azadlıqdan məhrum edilib. 2011-ci ildə isə L. Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.

Hazırda Vüqar Əliyev Qobustan həbsxanasında cəza çəkir.

Onu da qeyd edək ki, L. Quliyeva bir müddət əvvəl ana olub.

Ana səhifəXəbərlərBaş Prokurorluqdan Lamiyə Quliyeva ilə bağlı açıqlama