Baş Prokurorluq bəzi saytlara xəbərdarlıq edib

“İctimai rəyi çaşdırmaq məqsədi güdən yalan və qərəzli məlumatlar yayılıb”

Source:


“İctimai rəyi çaşdırmaq məqsədi güdən yalan və qərəzli məlumatlar yayılıb”

“Aparılmış araşdırmalarla müəyyən edilib ki, son günlər bəzi kütləvi informasiya vasitələrində, o cümlədən “Aztoday.az”, “İnfoaz.org” və “Xural.com” internet saytlarında müxtəlif başlıqlar altında dərc edilmiş məqalələrdə sensasiya naminə, həqiqətə uyğun olmayan, ictimai rəyi çaşdırmaq məqsədi güdən yalan və qərəzli məlumatlar yayılıb”.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda belə deyilir. Bildirilir ki, bununla əlaqədar həmin saytların baş redaktorlarını baş prokurorun birinci müavini Rüstəm Usubov qəbul edib. Onlardan “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq rəhbərləri olduqları internet saytlarında sensasiya naminə, qərəzli informasiyaların yayılmasına son qoyulması tələb edilib. Deyilib ki, gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəkləri təqdirdə barələrində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcək.

Ana səhifəXəbərlərBaş Prokurorluq bəzi saytlara xəbərdarlıq edib