Baş prokuror MTN və ”Fətullah Gülən işi”ndən danışdı

”İstintaqın sonunda kimin həbs olunub-olunmayacağı bəlli olacaq”

Source:


”İstintaqın sonunda kimin həbs olunub-olunmayacağı bəlli olacaq”

“”Fətullah Gülən işi” ilə bağlı Türkiyəyə etdiyimiz müraciət üzrə işlər davam etdirilir”, – APA yazır ki, bu sözlər baş prokuror Zakir Qaralova aiddir.

Zakir Qaralov bildirib ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin kriminalistika şöbəsinin rəisi bununla bağlı Türkiyədə ezamiyyətdə olub: “Bu yaxınlarda yenə ezamiyyətə gedəcək. Bu istiqamətdə işlər qarşılıqlı şəkildə davam etdirilir”.

Baş prokuror həm də gununsesi.info-nun suallarını cavablandırıb.


Niyə Eldar Mahmudov həbs olunmur? Bu şəxsin rəhbəri olduğu qurumda 20 nəfər vəzifə cinayətlərinə görə, həbsdə olduğu halda o, azadlıqdadır.

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları haqqında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində bu gün də istintaq davam edir. Bütövlükdə istintaq 280 epizod üzrə aparılır. Artıq bilirsiniz ki, həmin cinayət işlərindən biri məhkəməyə göndərilib, digərləri üzrə istintaq davam edir. İstintaqın sonunda kimin həbs olunub-olunmayacağı bəlli olacaq. Prokurorluq orqanlarının ümdə vəzifələrindən biri də vətəndaşlarımızın ərizə və şikayətlərinin baxılmasıdır. Müraciətlər araşdırılır, müvafiq tədbirlər də görülür. Kimin məsuliyyəti varsa, o, məsuliyyətdən kənarda qalmayacaq.


Baş Prokurorluğun MTN-də İstintaqa Nəzarət İdarəsinin prokurorları MTN müstəntiqlərinin qanunsuzlulqarına göz yumub. Bəs, Baş Prokurorluğun rəhbərliyi bu cür halları araşdırıb, tədbirlər görübmü?

Sizin fikrinizlə, tam razı deyiləm. Çünki, istintaqın tam araşdırma predmenti olan işlər üzrə tam əksəriyyəti MTN-nin icraatında olmayıb. Həmin şikayətlər üzrə qeydiyyatdan keçirilməyib. Konkret cinayət işləri üzrə qanunsuzluq faktları olub. Bu faktlarla bağlı həm də xidməti araşdırma aparırıq. Xüsusi vurğulamaq istəyirəm ki, Baş Prokurorluq öz məsuliyyətini kənarda qoymur. Əgər belə faktlar müəyyən olunacaqsa, həmin əməkdaşlarımız barəsində tədbirlər görüləcək.


Əli İnsanov barəsində nə deyə bilərsiniz?

Nə deyəsiyəm ki… Cinayət törədib və barəsində cinayət işi başlanıb.

Azərbaycan dövləti Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun məcburiliyini tanısa da Konvensiyanın 5-ci maddəsinin pozuntusu barədə qərarlar da artır. Niyə, ölkəmizdə həbs-qətimkan tədbiri kütləviləşib?

Mən sizinlə razı deyiləm ki, bu, belədir. Əgər bir-iki iş olubsa, bunu ümumiləşdirib, qiymət vermək olmaz. Biz Avropa Məhkəməsinin qərarlarına hörmətlə yanaşır və icra edirik.

Ana səhifəXəbərlərBaş prokuror MTN və ”Fətullah Gülən işi”ndən danışdı