Baş nazir hesabat verdi

”Orta ömür uzunluğu 72,4 ildən 75 ilə yüksəlib”

Source:
Artur Rəsizadə
Artur Rəsizadə
Artur Rəsizadə
Artur Rəsizadə


”Orta ömür uzunluğu 72,4 ildən 75 ilə yüksəlib”

“Son 14 ildə 1 mln. 900 mindən çox iş yeri açılıb, yoxsulluq səviyyəsi 44,7 faizdən 5,4 faizə enib”. Bunu Milli Məclisdə ötən il üçün hökumətin illik hesabatının məruzəsi zamanı Baş nazir Artur Rəsizadə deyib. Onun sözlərinə görə, bu müddət ərzində ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə artaraq 2017-ci ilin sonuna 42 milyard dollar təşkil edib, ÜDM 3,2 dəfə, sənaye istehsalı 2,6 dəfə, əhalinin adambaşına düşən gəliri 7,2 dəfə, əmək haqqının isə 6,8 dəfə artıb.

Baş nazir deyib ki, orta ömür uzunluğu 72,4 ildən 75 ilə yüksəlib.

Baş nazir çıxışında Dağlıq Qarabağ münaqişinə də toxunub.

“Təəssüflər olsun ki, ötən illər ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi irəliləyiş əldə edilməyib” – deyən A.Rəsizadə vurğulayıb ki, bunun səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi, münaqişəni uzatmağa çalışmasıdır. O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi daim dövlət başçısının nəzarətindədir:

“Cənab prezident beynəlxalq tədbirlərdə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tələb edir. Ali Baş Komandanımızın rəhbərliyi ilə hərbi gücümüzü durmadan artırırıq, ordumuzu müasir hərbi sursatlarla təmin edirik. Müdafiə sənayesinin inkişafı üçün bu sahəyə ayrılan vəsait 13,5 dəfə artırılıb.

2016-cı ilin 2 aprel döyüşlərində erməni təxribatınnı qarşısının əzmlə alınması ordumuzun gücünün göstəricisidir”.

Məruzədən sonra hesabat deputatların müzakirəsinə verilib.

İqtisadçılar hökumətin açıqladığı rəqəmlərin reallığı əks etdirmədiyi

qənaətindədirlər

.

Ana səhifəXəbərlərBaş nazir hesabat verdi