Nemət Əliyev: Prezidentin yoxsulluqla bağlı söylədikləri doğru deyil

Natiq Cəfərli: “Yoxsulluq səviyyəsini rəsmi statistikada aşağı salıblar”

Source:
İlham Əliyev
İlham Əliyev
İlham Əliyev
İlham Əliyev


Natiq Cəfərli: “Yoxsulluq səviyyəsini rəsmi statistikada aşağı salıblar”

Azərbaycan yoxsulluq və işsizliyin aşağı olması baxımından dünyada aparıcı mövqedədir. Ötən dövr ərzində 3 mindən artıq məktəb, 600-dən artıq xəstəxana tikilib və əsaslı təmir olunub.

Bunu martın 15-də Bakıda “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçitrilən VI Qlobal Bakı Forumunda prezident İlham Əliyev səsləndirib.

Prezidentin sözlərinə görə, Azərbaycanın iqtisadi artımı uğurlu müstəqil xarici siyasət yürütməyə imkan yaratdı:

“Bu siyasət Azərbaycan xalqının maraqlarına əsaslanır, universal dəyərlərdən qaynaqlanır. Son 15 ildə iqtisadiyyatımız 3 dəfədən çox artıb, bu, dünya miqyasında rekorddur. İlkin dövrdə əsas diqqətin iqtisadi, siyasi müstəqilliyin təmin olunmasına yönəldiyini söyləyən dövlət başçısı qeyd edib ki, ölkə iqtisadi cəhətdən müstəqil olmasa, siyasi baxımından da müstəqil ola bilməz. Yürütdüyümüz siyasət Azərbaycan xalqının maraqlarına söykənir. Son 10 ildə Azərbaycan iqtisadiyyatü 3,5 dəfə artıb. Bu, çox yüksək göstəricidir”.

Nemət Əliyev
Nemət Əliyev

İqtisadçı Nemət Əliyev Meydan TV-yə prezidentin yoxsulluqla bağlı söylədiklərini doğru olmadığını deyib:

“Neft gəlirlərinin ölkəyə axması nəticəsində ictimaiyyətdə belə fikir yaradılıb ki, ölkədə məktəblər, səhiyyə ocaqları tikilir, təmir edilir. Amma məktəblərin və xəstəxanaların sayı artdıqca, təhsilin və səhiyyənin keyfiyyətli iş əmsalı aşağı düşüb. İndiki səhiyyə və təhsil sistemi 15 il əvvəlki vəziyyəti ilə müqayisə olunmaz dərəcədə pisləşib. Ona görə də prezident rəqəmlər səsləndirəndə, keyfiyyət göstəricilərini də nəzərdən qaçırmasın. Əgər kəmiyyət dəyişiklikləri keyfiyyət göstəriciləri ilə müşahidə olunmursa, bunu müsbət saymaq olmaz”.

Nemət Əliyev deyib ki, 2000-ci ildən sonra yoxsulluğun səviyyəsi və sayı mütəmadi artıb. Bugün yoxsulların sayı 1 milyon nəfəri üstələyib.

“Dövlət Statistika Komitəsi, Əmək və Əhalinin Müdafiəsi Nazirliyi başda olmaqla yanlış metodologiya ilə yoxsulluğun səviyyəsini ölçürlər. Yoxsulluğun səviyyəsini hesablamaqdan ötrü Baş Məşğulluq İdarəsində qeydiyyata düşənlərin sayını əməkqabiliyyətli adamların sayına bölməklə rəqəm çıxardırlar. Bu, yanlış metodoligiyadır. Çünki Baş Məşğulluq İdarəsinə müraciət edən minlərlə insan var ki, onların heç qeydiyyatı aparılmır və şikayət edən də nəzərə alınmır”.

Prezidentin iqtisadi artım barədə səsləndirdiyi fikirlərə gəlincə, Nemət Əliyev deyir ki, 2004-cü ildən sonra iqtisadi artımı şübhə altına almaq doğru deyil. Bu artım da neftin hasilatının yüksəlməsi və qiymətin kəskin bahalaşması hesabına olub. O hesab edir ki, burada hökumətin xidməti yox, “Əsrin müqaviləsi” çərçivəsində olan xarici şirkətlərin, konkret olaraq, ABƏŞ-in rolu danılmazdır. “Əgər hökumət neft gəlirlərinin böyümüş həcmi müqabilində sənayeni, kənd təsərrüfatını inkişaf etdirə bilsəydi, o zaman ölkə başçısının dedikləri ilə razlılaşmaq olardı”.

İqtisadçının sözlərinə görə, ölkə iqtisadiyyatının idarəetməsi o dərəcədə bərbaddır ki, 2014-cü ildən sonra neftin qiymətinin kəskin düşməsi iqtisadiyyatın iki dəfədən çox kiçilməsi ilə nəticələndi.

“Faktiki olaraq, Ümumi Daxili Məhsul üzrə gəlirlər 75 milyarddan 37 milyard dollar qədər düşdü. Doğrudan da prezidentin dediyi kimi iqtisadiyyat böyümüşdüsə, niyə gəlirlər bu qədər düşüb? Niyə ötən 15 ildə rəqabət qabiliyyətli iqtisadiyyat qurulmayıb? Nəticədə son üç ildə rəqabət qabiliyyətli iş yerlərinin təminatı sahəsində vacib addımlar atılmayıb. Bugün Azərbaycan qonşuları Gürcüstan, Rusiya və hətta Ermənistanla müqayisədə tənəzzül dövrünü yaşayır. Həmin ölkələrin sosial-iqtisadi göstəricilərində artımlar müşahidə olunduğu halda, Azərbaycanda haqda bunu danışmaq olmur”.

Natiq Cəfərli
Natiq Cəfərli

Ölkə başçısının açıqlaması ilə bağlı iqtisadçı Natiq Cəfərli “Facebook” səhifəsində şərh yazıb.

O, xatırladıb ki, son 10 ildə Azərbaycana 230 milyard dollar sərmayə yatırılıb:

“Biz nəinki öz ölkəmizə, region ölkələrinə də sərmayə yatırırıq. Prezident deyib ki, Azərbaycanda yoxsulluq səviyyəsi dünyada ən aşağı göstəricilərdən biridir.

Azərbaycanda ehtiyac meyarı 130, yaşayış minimumu 173 manatdlr, yəni göstəricilər o qədər aşağı çəkilib ki, rəqəmlərlə “rəqs” edərək yoxsulluq səviyyəsini rəsmi statistikada aşağı salıblar”.

N.Cəfərli vurğulaylb ki, yoxsulluğu hesablamaq üçün indikatorlar çox önəmlidir, ölkədə normal indikatorlar tədbiq edib, doğru hesablamalar aparsalar, yoxsulluq səviyyəsi bir neçə dəfə artar.

“ABŞ-da illik gəliri 20 min dollardan az olanlar yoxsul sayılır – bizdə ilə 20 min dollar, yəni 34 min manat qazanana varlı adam deyirlər. Almaniyada aya 900 avro və daha aşağı gəliri olanlar yoxsul sayılır, bizdə aya 1810 manat maaş alanlar bəy, və ya gəlin adına ən yaxşı namizəd hesab olunur, qohum-qonşu şəbəkəsi beləsini ər, və ya xanım olmağa ən ideal namizəd sayırlar, belə maaş alanlar arasında “seçkilər” ölkədə prezident seçkilərindən daha rəqabətli vəziyyətdə keçir. Ya da AB-nin ən kasıb ölkəsi Bolqarıstanda yoxsulluq səviyyəsi 200 avroya, yəni 400 manata yaxındır. Bizdə 400 manat maaşı olan işə düzəlmək üçün camaat 4000 manat rüşvət verməyə hazırdı”.

Ana səhifəXəbərlərNemət Əliyev: Prezidentin yoxsulluqla bağlı söylədikləri doğru deyil