Baş həkimin oğlu qəza törətdi, ölən var

Yaralı xəstəxanaya çatdırılarkən yolda keçinib

Source:


Yaralı xəstəxanaya çatdırılarkən yolda keçinib

Paytaxtın Teymur Əliyev küçəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “10-ST-908” dövlət qeydiyyat nişanlı “Lexus” markalı avtomobili idarə edən Toğrul Nizami oğlu Mehdizadə yolu keçən 1986-ci il təvəllüdlü Ramin Ramiz oğlu Ağayevi vurub. Nəticədə piyada ağır xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılarkən yolda keçinib.

“Report”-un məlumatına görə, hadisəni törədən T.Mehdizadə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehdizadənin oğludur. N.Mehdizadə baş həkim vəzifəsinə bu ilin iyun ayında təyin edilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb və sürücü saxlanılıb.

Ana səhifəXəbərlərBaş həkimin oğlu qəza törətdi, ölən var