Bankların müştəri bazası minimuma enib

Müştərilərin ümumi sayı aylıq müqayisədə 3,7 faiz azalıb

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə
foto sosial şəbəkə
foto sosial şəbəkə


Müştərilərin ümumi sayı aylıq müqayisədə 3,7 faiz azalıb

Azərbaycanda bank müştərilərinin ümumi sayı aylıq müqayisədə 204 782 nəfər və ya 3,7 faiz azalaraq, 2016-cı il noyabrın 1-nə 5 310 232 nəfər təşkil edib.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Hesabata əsasən, müştərilərin sayı ilin əvvəlindən 406 153 nəfər və ya 7,1 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 334 602 nəfər və ya 5,9 faiz azalıb. Müştərilərin sayı indiki həddə yaxın 2015-ci ilin mayında olub.

Belə ki, ötən ilin iyunun 1-nə müştərilərin sayı 5 348 165 nəfər, mayın 1-nə 5 273 663 nəfər təşkil edib.

Cari il noyabrın 1-nə bank müştərilərinin 5 241 312 nəfərini və ya 98,7 faizini fiziki şəxslər, o cümlədən 169 577 nəfərini sahibkarlıqla məşğul olanlar, 1,3 faizini hüquqi şəxslər əhatə edib.

Ana səhifəXəbərlərBankların müştəri bazası minimuma enib